Nokia-dan gələcəyin telefonu

Tarix: 24.12.2024, 16:06 Пожаловаться


Nokianın tez-tez bəhs etdiyi, lakin heç cür reallaşdıra bilmədiyi "gələcəyin telefonu" konsepsiyası hazırdır. Mobil dünyanın nəhəng oyunçularından olan şirkətin elastik quruluşlu telefonun istehsalına patent hüququ almaq üçün artıq ABŞ-ın Patentlər Bürosuna müraciət ünvanladığı da bildirilir.

Yeni mobil telefonun adi monoblok formasının bilərzik kimi asanlıqla dəyişə biləcəyi nəzərdə tutulur. Texnologiya bucaqlar altında əyilə, uzadıla və müxtəlif şəklə düşərək görkəmini dəyişə bilmək imkanında olacaq. Bundan əlavə patent müraciətində həmçinin ayrıca qurğu və ya "bulud texnologiya” şəklində yerləşdiriləcək məsafədən idarəetmə sistemi haqqında da danışılır.

Bəzi müşahidəçilərin fikrincə, qurğu Nokianın 2008-ci ildə təqdim etdiyi "Morph” konsepsiyasını xatırladır.  Ekspertlər isə bildirirlər ki, şirkət sözügedən texnologiya üçün patent hüququ əldə etsə belə, yaxın vaxtlarda onların bazara çıxarılması imkanı çox azdır. Bu cür kəşflər çox vaxt elə konsept şəklində qalaraq müxtəlif səbəblərdən kütləvi istehsalda özünə yer tapa bilmirlər.


                                               Forbaku.net


Teq: nokia

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Texnologiya Baxış Sayı: 885 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı