Konqonun "Virgin” klubunun 20 futbolçusu həyatını itirib.
Hadisə komanda üzvlərinin Zambiyadan Konqoya
dönərkən, çayı keçən gəminin aşması nəticəsində baş verib.
Futbolçuları və azarkeşləri daşıyan 3 gəmi yaxınlıqdan başqa bir gəminin
keçməsi ilə yaranmış şiddətli dalğaların təsiri ilə çevrilib. Qəza
zamanı gəmidə 100 nəfər olub. Onlardan 80-in həyatını xilas etmək mümkün
olub.
Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar FİFA prezidenti Yozef Blatter
Konqo Futbol Federasiyasının prezidenti Konstant Omari Selemaniyə
başsağlığı verib. Forbaku.net