Qəfil ölən meyxanaçı Zaur Aşiqin atasından sensasion açıqlama

Tarix: 24.12.2024, 03:00 Пожаловаться


"Oğlum narkoman olsaydı başını kəsərdim”

Atası deyir ki, Zaur o qədər saf insan olub ki, istənilən bir şəxs onu aldada bilərdi: "Çox ürəyi təmiz uşağıydı. Bu məhlədə yaşayan insanlar, dostları, hamı onun xətrini çox istəyirdi. Mən bir şeyi anlamıram ki, onun narkotik vasitələrdən istifadə etdiyi haqda söz-söhbəti haradan çıxarıblar? Əksinə, o namaz qılan, ibadət edən, bir sözlə, Allah adamı idi. Hətta buradakı gənclərin də demək olar ki, bir çoxuna namaza gəlməyə o, istiqamət vermişdi. Burada bizim yanımızda məscidlər var, Zaur saatlarla orada qalırdı, hər cümə gedib xütbələrə qulaq asırdı. Bir sözlə, Zaurun adına yalandan söz çıxarıblar ki, guya o narkotik aludəçisi idi. Onun heç spirtli içki belə dilinə dəyməmişdi, bu adamın 31 yaşı varıydı, hələ içkinin dadını bilmirdi. Qonşularımızdan, gənclərdən kimsə içki içəndə və ya nəsə avaraçılıq edəndə onunla oturar söhbət edər, ona yaxşı tövsiyələr verərdi. Onu bu yoldan çəkindirərdi. Zaur narkotikdən istifadə edən biri olsaydı özüm əllərimlə onun başını kəsərdim. Sadəcə, Zaur günün tələbinə uyğun meyxanalar yazırdı. O mənimlə söhbətində özü də deyirdi ki, ay ata, mən belə meyxanalar yazmasam, tanına bilmərəm, qabağa gedə bilmərəm. Onun meyxanalarındakı sözləri eşidən insanlar da düşünürdülər ki, Zaur belə şeylər deyirsə deməli narkomandı. Hətta bəzən deyirdilər ki, Zaur öz meyxanalarında gənclərə pis şeyləri aşılayır. Amma bayaq dediyim kimi, o sadəcə günün tələblərinə görə meyxanalar yazırdı.


"Zaurun ölümünün səbəbkarı Rauf Hüseynov oldu”

Atası bildirir ki, Zaurun ürəyində neçə vaxt idi ki, qüsur yaranmışdı: "İki il bundan əvvəl ”Sahil" metrosunun yanında dostu ilə internet klub işlədirdilər. Bir dəfə oturmuşduq evdə, gördüm dostu zəng etdi ki, bəs Nurəddin dayı, Zaura birdən-birə nəsə oldu, onu Respublika Xəstəxanasına gətirmişik. Biz də tez oturduq taksiyə gəldik xəstəxanaya. Həkim bizə dedi ki, Zaurun ürəyində çatışmazlıq var. Xəstəxanadan çıxardıb evə gətirdik. Bir müddət evdə müalicə aldı. Sonra dedi ki, ata, evdə otura bilmirəm, işləmək istəyirəm. Çox zəhmətkeş uşağıydı. Nə qədər dedik ki, a bala, sənə hələ işləmək olmaz, bir az müalicə al, sonra yenə işləyərsən. Amma bizə fikir vermədi. Tikintidə işləyə-işləyə həm də meyxanalar yazırdı. Disklər çıxarırdı. Sonra evləndirdik. Bu, əslində Zaurun ikinci evliliyidir. Birinci evliliyindən iki qızı var. Birinci yoldaşı ilə yola getmədikləri üçün boşandılar. Ayrıldıqlarına görə, oğlum hər ay 80 manat aliment verirdi. Bəzən gecikəndə Suraxanı Rayon Məhkəməsində icraçı işləyən Rauf Hüseynov Zaura zəng edirdi, tez pulu çatdırmağını tələb edirdi. O da buna çox əsəbiləşirdi. Mən də bir dəfə ona zəng edib dedim ki, Rauf bəy, onun ürəyində problemləri var, ona əsəbiləşmək olmaz. Ona görə də alimentin vaxtı yetişəndə sən mənə zəng vur, mən özüm pulu verəcəm. Amma R.Hüseynov mənim sözümə fikir vermədi, yenə mayın 11-də zəng edib Zaura ki, alimenti tez çatdır. O da buna əsəbiləşib, telefonda bərk mübahisə ediblər. Bəzi qəzetlər yazıblar ki, guya Zaur Lənkəranda toyda ölüb. Əslində belə olmayıb. Zaur Raufla danışanda Lənkəranda qayınanasının evində olub. Mübahisədən bir saat sonra ürəyini tutaraq keçinib.

"Buzovnalılar məni öldürür ki, Zaur nə vaxtdan Lənkəranlı olub?”

Nurəddin Sərxanbəyov deyir ki, onlar köklü bakılıdırlar: "Zaur ”karinnoy" Bakılı, yəni Buzovnalıdı. Oğlumun ölümündən sonra bir sıra qəzetlər onun Lənkəranda doğulduğunu yazıblar. Sizin vasitənizlə bildirmək istəyirəm ki, bu yanlış məlumatdır. Mənim oğlum 1981-ci ildə Buzovnada doğulub. 1987-ci ildə isə Yeni Günəşli qəsəbəsinə köçmüşük. Zaur ikinci dəfə ailə həyatı quranda lənkəranlı xanımla evlənib, ola bilər ki, buna görə insanlar oğlumun oralı olmasın düşünür. Hətta qonşular, məni tanıyan buzovnalılar zəng vurub deyirlər ki, ay Nurəddin, siz Lənkəranlısınız ki? Mən də donub qalıram. Zaurun Lənkərandan dostları çoxdur. Həm də öz meyxanalarında Lənkəranın adını tez-tez hallandırmasından yəqin insanlar onun oralı olduğunu düşünür. Buna baxmayaraq mənim Lənkəran camaatına xüsusi hörmətim var. Oğlumun meyxana sənətində tanınmasında ona lənkəranlı dostları çox kömək ediblər. Ən pis vəziyyətində oğlumun əlindən tutublar".

"Əslində ilk vaxtlar Zaurun meyxana deməsinə narazıydım...”

Mərhum meyxanaçının atasının sözlərinə görə, Zaur ilk meyxanasını 9 yaşı olanda yazıb: "Kənd toylarına da gedirdi. Bir dəfə bir də gördüm ətəyi dolu pulla gəlir. Gətirdi verdi nənəsinə, dedi ki, bunu saxla. Mən də soruşdum a bala, bu pullar səndə hardandı? Dedi ata, toylarda meyxana deyirəm. Onda mən bərk əsəbiləşdim. Çünki o vaxtlar da belə deyirdilər ki, guya meyxanaçıların hamısı narkoman olur. Amma sonra gördüm ki, bu, Allah tərəfindən verilmiş bir vergidir. Çünki, həqiqətən hər adam bədahətən şer və ya qəzəl deyə bilmir. Elə o vaxtdan Zaur başladı meyxanalar yazmağa. Bu yaxınlarda ”Qəşəy-qəşəy" meyxanası ilə daha da tanınmışdı. Artıq toylara daha çox gedirdi. Pis də qazanmırdı. Amma o qədər saf idi ki, mənim oğlum disk satışından qazandığı pula heç əlini də vurmurdu. Disk satışından gələn bütün gəlirləri demək olar ki, hamısını studiyaya verirdi".

"Yaşasaydı bu yaxınlarda üçüncü dəfə ata olacaqdı...”

Gözüyaşlı ata deyir ki, ötən il aprelin 11-də ikinci dəfə ailə həyatı qurmuşdu: "İkinci ailəsi üçün çox çalışırdı. Yeni övladı olacağını eşidəndə çox təsirlənmişdi. Ümumiyyətlə uşaqları çox istəyirdi. Atanın oğlunun ölümündən və ümumiyyətlə onun haqqında danışması həqiqətən çox ağırdı (Özünü saxlaya bilməyib ağlayır). Övlad itkisinin necə bir hiss olduğun indi başa düşürəm. Ümumiyyətlə mənim oğluma 11 rəqəmləri düşmür. 2011-ci il aprelin 11-də evləndi, 2012-ci ilin mayın 11-də isə dünyasını dəyişdi. 11 rəqəmi mənim yaddaşımdan heç vaxt silinməyəcək”. 

 


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Şou biznes Baxış Sayı: 1339 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı