Milli.Az-ın məlumatına görə, Günay Musayevanın həyat yoldaşı, tanınmış aktyor Tolqa Karel körpənin fotolarını "Twitter” və "Facebook” səhifələrində paylaşıb.
Aktyor oğlu üçün ürək sözlərini də yazıb: "Allah qismət eləsə, bu gün səninlə tanış olacağam, sevgili oğlum. Çətinliklərlə keçəcək həyat yolunda daim cəsur və ürəkli olmanı, hər şeydən önəmlisi, xoşbəxt bir həyat sürməyini diləyirəm, sevgili oğlum. Atan Tolqa Karel”.