Səni elə çox sevirəm ki

Qarşımdasan. Əlimi uzadıb toxuna bilirəm sənə.
Nə böyük xoşbəxtlikdir bu... Gördüyüm ən gözəl şeysən.
Səndən başqa heç bir şey yoxdur sanki. Hər şey sənin adınla xatırlanır mənim
dünyamda. Bütün çiçəklər sən, bütün ulduzlar sən...
Bir sənət əsərisən, baxmağa doya bilmədiyim.
Allahımın mənə hədiyyəsisən və artır hər keçən gün sənə heyranlığım.Üzündə quşlar, gözlərində həyatın da özü var.
Elə gerçəksən ki...
Gözümü açıram sən, qapayıram sən... Heç bitməyən macəra... Günümün ən
gözəl anı, xatirəsi, gecəmin ən şirin yuxusu... Səni tənəffüs edirəm, havadasan.
Səni iyləyirəm, təbiətdəsən. Hələ indi payızsan. Ya da sonsuz bahar. Səni yaşayıram,
canımdasan. Canımsan... Sarılsam sənə, min il keçsə, bir an belə ayrılmasaq...
Bədən bədənə, ürək ürəyə sonsuz baharın ən eşq dolu iki yarpağı olsaq... Ağac ağac gəzib,
yaşıllaşsaq, açsaq. Yerə düşsək, qalxsaq... Səni bilsəm, bir tək səni.
Səni görsəm, bir tək səni... Səsin sərxoş etsə məni...
Elə içimdəsən ki...Bir saniyə istə məndən sənsiz keçirdiyim, verə bilmərəm.
Sənsiz keçəcəksə keçməsin zaman, istəmirəm. Səninlə yenidən doğuldum.
Səndən əvvəl keçən zamanı, sənə çatmaq üçün gedərək keçirmişəm, kimmişəm bilməmişəm.
İndi başımı çevirib geriyə baxmıram belə. O yol gedildi və bitdi,
artıq səninlə gediləcək tam fərqli bir yol var önümdə.
Yorğunluq nədir bilməyəcəyəm, heç şikayət etməyəcəyəm və bir tək addımda belə
dayanmayacağam, uzun, eşq dolu bir yol... Elə ağlımdasan ki...
Sənsiz qalanda bəzən yıxmaq istəyirəm gördüyüm bütün divarları.
Ardında səni taparam sanıram. Nə ayrı qoydusa bizi, zaman ya da yollar, bir qələmdə silmək istəyirəm
Sənə toxunmağıma maneə törədən nə varsa, bir qədəhi yerə çarpıb
duzla buz kimi parçalamaq istəyirəm.
Üsyanım daşır, öz hirsimdən qorxuram.
Və qovuşmaq...
Bunu düşünmək içimdə qırılmış bütün aynaları təmir edir. Mavi bir yağış başlayır, islanıram.
Maviyə rəngləniyirəm. Elə darıxıram ki...Sən həmişə mənimlə ol, məndə ol...
Bu sevgimdir, başqa ad axtarma sevgilim. Həm də ən gözəldir...
Öyrənəcəyim çox şey var sənə aid. Bilmədiyim çox şey var.
Amma bir şeyi elə yaxşı bilirəm ki...
Səni elə çox sevirəm ki...

Teq:
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
TOP Xəbərlər
| Düşündürücü və maraqlı suallar. :) |
| Hansı bürc hansı bürclə necə yola gedir |
| Novruz Bayramı mesajları |
| Facebook-da yazılan ən maraqlı statuslar |
| Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
| Eurovision Song Contest (2012 Full Albom) |
| Sevgi haqqında Aforizmler... |
| Intihar barede 25 maraqli melumat |
| Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
| Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında

Bölmə: 