"Heç" gününüz mübarək...

Tarix: 24.12.2024, 05:41 Пожаловаться
Heç sevgili olmamışların da bir günü olmalıdır; İldə deyilsə belə ömürlərində bir gün.
"Heç" gününüz mübarək olsun..

Heç ana olmamışların heç ata olmamışların heç uşaq olmadan böyümüşlərin də bir günü olmalı həyatlarında.
Bir növ həsrət aradan qaldırma bir növ "indi mənə itən illərimi versələr" şəklində…
Ətrafda bayram edərkən bayram edə bilməyənlərin bayram nədir dadmamış olanların da bayramı olmalıdır. Bir gün deyilsə belə ömürdə bir saat…
Su tökməli yorğun əllərinə. şəkər tutmalı ağız dadıyla yeməkləri. Söhbət etməli havadan və sudan. Xətirini soruşmalı içdən və "yaxşı deyiləm" cavabına dair bir şeylər etməyi başdan qəbul edərək.
Heç başı oxşanılmamışların heç gözəl söz eşitməmiş olanların bir dənə qızıl gülü belə olsa hədiyyə almayanların da bir günü olmalıdır heç olmasa bir günü.
Başlarını oxşamaq gözəl sözlər etmək çiçəklər vermək.. bəlkə ümidə duaya dair sözlər etmək və nəhayət vəzifəsini etmiş olmanın rahatlığıyla deyil gözü arxada qalaraq ayrılmaq…
Bəlkə yalnız salam verib küçədə ayaqüstü həyatdan sıravi mövzulardan danışarkən araya bir parça ümid bir parça inanc bir salam..
Heç sevilməmişlərin heç darıxılmamışların heç axtarılıb soruşulmamışların heç uğruna gözyaşı tökülməmiş telefon nömrəsi yazılmamış evinin ünvanı yaddaşa həkk edilməmişlərin də, sevəni darıxanı axtarıb soruşanı gözyaşı tökəni telefon və ünvan dəftəri olmalı. günləri olmalı.
O gün heç bir tv kanalında heç bir radio stansiyasında heç bir qəzet küncündə heç bir reklam çarxında işlənməsə də. biz bilməli və yaşamalıyıq.

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Sevgi Dünyası Baxış Sayı: 868 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı