
Məhəbbətin ömrü nə qədərdir?

Sevgiyə ömür biçən alimlər indi bunun mümkün ola biləcəyini iddia edirlər."Psychology” xəbər verir ki, bu mühakimənin doğruluğu müzakirəyə açıq qoyulsa da, psixoloqlara görə əsas nöqtə budur: hər duyğu öz sahibinin məsuliyyəti altındadır.
Kiməsə vurulmusunuzsa, bu, əvvəlcə sizin məsələnizdir, sevdiyiniz insanın yox. Böyüklüyü və dərinliyi nə qədər olursa olsun, sevgi gözlənildiyindən qısa da çəkə bilər. Bəzi münasibətlər öz içində bitdiyi halda sosial əxlaqa uyğunlaşmaq və bir çox digər səbəbdən bu şəkildə davam etdirilə bilər. Boşanmaların durmadan artmasına baxmayaraq, insanların sevginin sonsuzluğuna inanaraq evlənmək qərarı almasında ciddi bir səbəb axtaran psixoloqlara görə, əslində, o sevgini qorumaq mümkündür. Belə ki, əgər insan ilk dəfə keçirdiyi hissin məsuliyyətini dərk edərək ona yan gözləntilər qatmadan qoruya bilirsə, burda sonsuzluq mümkündür. Psixoloqlar iddia edir ki, aparılan bütün araşdırmalar göstərir ki, sevgi sahiblənilməsi mümkün olmayan bir duyğudur. İnsanın qarşı tərəfdən olan gözləntiləri mülkiyyət anlayışı çərçivəsinə girdikdə, sevgi də təhlükəyə girir. Birinə sahiblənmə duyğusu insanları zamanla hər yeni hadisəni, yeni insanı gərginliklə qarşılamağa istiqamətləndirir. Zamanla qarşı tərəfə olan münasibət dəyişəcək və azadlıq sevən yanımız itəcək. Sevdiyimiz insanın yanımızda olmasını istəmək və onu tamamilə sahiblənmək istəyi qəbuledilən olsa da, mülkiyyətçilikdir. Əgər münasibətdə getdikcə sahiblənmə duyğusu güclənir və narahat bir mövqe nümayiş etdirməyə başlanılırsa və hər iki tərəf bu xətlə hərəkət edirsə, sevgi tükənməyə məhkumdur.
Sevgi hər gün başqa bir formada özünü yeniləyən duyğudur. Psixoloqlara görə, sevgi içində sahiblənmə, qorxu, təhlükəsizlik və maddi təminat kimi ehtiyacları birləşdirmirsə, yaşaya və yenilənə bilir. Qayğılara bulanıb, keçmişin xatirəsi ilə yaşayıb, onun yenidən yaşanmasını gözləyən, öz sevgisi qədər sevgi tələb edən insanlar sevginin ətrafına fərqli ehtiyaclarla divarlar hörür. Bu şərtlər və ehtiyaclarınızın qarşılanması tələbi ilə birgə sonsuz sevgi gözləmək bir qədər reallıqdan uzaq görünür.
Forbaku.net
Teq:
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Sorğu
TOP Xəbərlər
| Düşündürücü və maraqlı suallar. :) |
| Hansı bürc hansı bürclə necə yola gedir |
| Novruz Bayramı mesajları |
| Facebook-da yazılan ən maraqlı statuslar |
| Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
| Eurovision Song Contest (2012 Full Albom) |
| Sevgi haqqında Aforizmler... |
| Intihar barede 25 maraqli melumat |
| Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
| Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında


Bölmə: 