Filosoflar insanın zat və cövhərini onun əqli olduğunu bildirir, ondan
başqa bütün şeyləri insanın zatından xaric və vasitə hesab edirlər. Amma
ariflər əql və təfəkkürü nəinki insanın «mən»i hesab etmir, hətta
onları bir alət – özü də çox mötəbər olmayan bir alət – hesab edirlər.
Filosofların əql adlandırdığını ariflər qəlb hesab edirlər.
Əql düşüncə mərkəzi, qəlb duyğu və istək mərkəzidir.
Əlbəttə ki, arifin dediyi eşq, bizim dünyəvi eşqlərindən çox fərqlidir.
Arifin eşqi insanda yaranaraq Allaha çatan eşqdir. Arifin dediyi eşq
ancaq insana aid deyildir. Onların fikrincə bu eşq bütün varlıqlarda
mövcuddur.
Arifin fikrincə eşq dəryadır, yer, göy və bütün təbiət aləmi onun
üzərində olan köpük misalındadır. İmam Səccad (ə) Allaha həmd-səna
etdikdən sonra belə buyurur: «Allah əvvəlcə dünyanı yoxluqdan yaratdı,
sonra onları məhəbbət ilə vücuda gətirdi.»
Arifin fikrincə, insanın mahiyyəti, həqiqəti filosofun dediyi kimi fikir
deyil, onun qəlbdir. Qəlbdə də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql
məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»i
məsələsidir. İnsanın «mən»i onun düşüncə mərkəzidir, yoxsa eşq bəslədiyi
yer?
Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs məntiq,
deduksiya, müqayisə, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma
arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə,
deduksiyada deyil.
esbid həm çun bərf nist.
Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif
deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və
davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan
diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir.