Qadınlar onları güldürən kişiləri seçir

Tarix: 24.12.2024, 08:04 Пожаловаться
"Cosmopolitan” xəbər verir ki, qadınların seçimlərini şərtləndirən detalları araşdıran Kolumbiya Universitetinin araşdırmaçıları Cessika Treysi və Aleks Billə görə, ilk baxışda qadınların ağlını alan güclü və əzələli bədən, sərt üz cizgilərinə baxmayaraq, simpatiya oyadan tiplər əsasən utancaq üz ifadəsi və inam təlqin edən baxış sahibi olan kişilərdir. Onlar çox zaman komplekslərə görə çəkingən davransalar da, bu gizlilik və qapalılıq qadınlara cəzbedici gəlir.

Amerikada bir psixologiya jurnalının apardığı araşdırmaya görə isə bir kişini qadın üçün cazibədar və ya seçilməli edən faktorlar arasında bənzərlik əsas yer tutur. Qadınlar bilərək və ya bilməyərəkdən öz üz xətlərinə, xarakter keyfiyyətlərinə, etnik kökünə və məqsədi məqsədlərinə uyğun və ya yaxın olan kişiləri seçirlər. Amerikalı Şarlot və Patrik Markeyin araşdırmalarında isə əsas şərt kimi tamamlayıcılıq ön plana çıxıb. Araşdırmaya özlərini əsas götürərək başlayan cütlüyün layihəsinə qoşulan 300 minə yaxın insanın həyatında onunla ziddiyyət təşkil edən partnyorun dərin izlər qoyduğu məlum olub. Özünəinam problemi olan, rəqabət hissi olmayan, səliqəni sevən və asosial olan bir qadının tamamilə onunla ziddiyyət təşkil edən bir insanı seçməsinin əsasında tamamlayıcılıq faktoru dayanır. Eləcə də özünə həddindən çox güvənən bir qadın üçün qarşı tərəfin özünəinamı bir əhəmiyyət daşımır. Araşdırmaya görə, cütlüklər evlənmək qərarı alarkən yalnız intim sahədə problemlə üzləşə bilərlər ki, bu da bütün problemin əsası ola bilər. İngilis psixoloq Antoni Litlin fikrincə, qadına özü qədər sağlam görünən kişilər daha uyğun görünür. Qətiyyət və uğur isə Devid Bussa görə, bir kişini daha cazibədar edən əsas iki faktordur. Kanadalı mütəxəssis Erik Bressler isə artıq dəfələrlə təsdiqini tapmış bir faktı doğrulayıb. Qadınlar onları güldürə bilən, zarafatı sevən kişiləri seçməyi üstün tuturlar


ForBaku.Net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 804 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı