Gözəllik sirlərinin siyahısı

Tarix: 24.12.2024, 16:38 Пожаловаться


Daim cavan və gözəl qalmaq hər bir insanın arzusudur, xüsusilə də qadınların. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı bir siyahı var idi. İndi bu siyahını sizə də təqdim edirik. Bu şərtlərə qismən də olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala bilərsiniz.


Bununçün nə etmək lazımdır?

Beləliklə, gözəl qalmağın sirlərindən ibarət siyahı belədir:


- Az yemək;
- Çoxlu balıq yemək;
- Çox su içmək;
- Çox gəzmək;
- Təmiz havada çox olmaq;
- Çox yatmaq;
- Çox gülmək;
- Beli incə saxlamaq;
- 40 yaşında yenidən ana olmaq;
- Səyahət etmək;
- Gənc yaşında gözəl nənə olmaq;
- Həyatı sevmək.


Bəs gözəlliyə zidd olanlar nələrdir?


Bu siyahıda bəzi hərəkət, ziyanlı tələbat və vərdişlər vardır ki, onlar birbaşa gözəlliyinizə mənfi təsir göstərir. Buna görə də diqqətli olun. Beləliklə, gözəl qalmaq üçün uzaq durmağınız lazım olan şeylər:


- Çox yemək;
- Spirtili içkilər qəbul etmək; siqaret çəkmək;
- Evdə oturmaq;
- Saatlarla televizora baxmaq;
- Pis şeylər haqqında düşünmək;
- Dünyadan küsmək;
- Həddən artıq hündür dabanlı ayaqqabılar geyinmək;
- Yumor hissini itirmək;
- Gənclərdən uzaq olmaq;
- Yenilikdən qorxmaq;
- Hisslərə qənaət etmək.


Üz dərisinə qulluq etmək üçün ən yaxşı üsul nədir?


Üzünün dərisinə qulluq etmək üçün ən yaxşı vasitə maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.
Məsələn:


– Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir;
- Genişlənmiş məsamələri aradan qalırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun;
– Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır;
-Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir;
- Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur;
- Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir;
-Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsirə malikdir.


Gözəlliyin ilk hədəfi nədir?


Yumşaq, gözəl və təmiz bir cild gözəlliyinizin ilk hədəfi olmalıdır. Həm kosmetik məhsullar, həm də təbii maskalarla dərinizə ipək kimi bir görünüş qazandıra bilərsiniz.

Həftədə bir gün özünüzə uzun duş keyfi üçün vaxt ayırmalısınız. Cild dərinizi təmizləmək üçün həqiqi lifdən hazırlanan kisələrdən istifadə edin. Duşdan sonra cildinizi uşaq yağı ilə masaj edin, bu dərinizi dincəldəcək, həm də gün boyunca dəriniz yumşaq olacaq.


Cəlbedici olmağın bir sirri daha…


Cəlbedici dodaqlar: Dodaqlarınıza fikir verilsin istəyirsinizsə, ilk öncə buna siz fikir verməlisiniz. Hava dəyişəndə,vitamin azlığında çatlamış dodaqlarınıza təcili qulluq edin. İçərisində E vitamini olan dodaq kremlərindən istifadə edərək gözəl görünüşə sahib ola bilərsiniz.


Dodaq boyası seçimində isə cild rənginizə uyğun açıq və tünd rənglər seçə bilərsiniz. Açıq rənglər dodaqları nə qədər dolğun göstərirsə, tünd rənglər bir o qədər incə göstərir.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 1039 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı