2012- ci ilin yeni makiyaj dəbi

Tarix: 24.12.2024, 16:23 Пожаловаться

Mütəxəssislərin təklif etdiyi yeni makiyaj dəbi xanımların hər zaman dəbli görünməsini təmin edəcək.

Qırmızı dodaqlar

Qıpqırmızı dodaqların makiyajdakı yeri hər zaman bir fərqlilik deməkdir. Qarşıdakı aylarda da bu rəng olduqca məşhur olacaq. Burada ən vacib olan isə sizin özünüzə aid olan, özünüzə yaraşan qırmızını seçməkdir. Yaz mövsümündə isə qırmızının müxtəlif çalarları təklif edilir. Burada kirəmit rəngindən tutmuş, tünd qırmızıya qədər, hətta mat rəngli qırmızı da yer alacaq.

Üz dərisi

Parlaq üz dəriləri isə artıq dəbli hesab olunmur. Mat və uşaq dərisi kimi təbii üz dərisi son dövrün ən gözəl makiyaj trendidir.

Güclü qaşlar

Həm cazibədar, həm də gözəl görünmək istəyirsinizsə qaşlarınıza xüsusi diqqət ayırın. Bu ildə də ən aktual qaş foması qalın olanlardır. Amma həddindən artıq qalın da yox. Qaşlarınız fırçalanmış və tündləşmiş olmalıdır.

Parlaq gözlər

Gözlərinizi daha çox diqqət mərkəzinə çıxarmaq üçün parlaq boz rənglərindən istifadə edin. Daha təbii bir görünüş üçün göz makiyajınızı boz rəngli və dumanlı formada makiyaj edə bilərsiniz.

Dolğun kirpiklər

Göz makiyajınızın diqqətəçarpan olmasını istəyirsinizsə mütləq tuja üz tutmalısınız. Qarşıdakı mövsümdə də dolğun və tünd rəngli kirpiklər diqqət çəkəcək. Kirpik üçün tujunuzun təsirini artırmaq üçün kirpiklərinizi qıvrıtmaq da işinizi asanlaşdıra bilər.


Forbaku.net


Teq: qadin

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Qadın Dünyası Baxış Sayı: 971 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı