Təbiət anomaliyaları haqqında 9 fakt
1.Çində qışda – 30 dərəcə C də donmayan şəlaləli bir çay var. Lakin yayın ortadsında, bu axın, naməlum səbəblərdən qurumağa başlayır.
2.Qazaxıstanın Taldıkurqansk bölgəsində yerləşən tamamilə kiçik (100x60 m) su nohuru, heç vaxt qurumur və suyu da yayın qızmarında belə, buz kimi olur. Orada nə balıqlar yaşamır, nə su yosunları yetişmir. Həmin yerdə dəqiq təhqiqatlar aparılmayıb, belə ki, dalğıclar, hətta tam dolu hava balonu ilə belə artıq 3 dəqiqədən sonra boğulmağa başlayırlar.
3.Düşən quşlar vadisi Hindistanın Assam ştatının dağlarında yerləşir. Hər il Avqust ayında gecə yarısı, göydən yerə quşlar düşməyə başlayır. Həmin vaxt quşlar yarımbihuş halda olurlar və hətta onları ələ götürəndə xilas olmağa belə, cəhd göstərmirlər.
4.Vulemi – qədim vaxtlardan qalan bitkidir. Mövcudluq faktı uzun müddət Avstraliyanın dövlət sirri olmuşdur. Bu, yaşı 150 milyon ilə yaxın kimi hesablanmış şam ağacıdır.
5.Şimal Buzlu Okeanı və Antraktida da təhqiqat aparan alimlər təəccüblə aşkar ediblər ki, onların konturları praktiki olaraq eynidir. Ehtimal olunur ki, meteoritin düşməsi nəticəsində, Antraktida materiki sanki planetin digər tərəfindən "sıxılıb”. Bu fantastik fərziyyə bu gün heç də az olmayan tərəfdarlara malikdir.
6.Kano Sporları - bu, mikrobioloq Raul Kanonun kəhrəba parçasında aşkar etdiyi, sağ qalmış mikroorqanizmlərdir. Təəccüblüdür ki, sporlar qətrana 25 milyon il əvvəl düşüb.
7.Roma yaxınlığında iridium (az tapılan kimyəvi maddə) anomaliyası mövcuddur. İridiumun oradakı miqdarı normadan 300 dəfə artıqdır. Qat, geolojik sərhəddə müvafiq olaraq, mezozoy və kaynozoy eraları arasından - dinozavrlar məhv olan dövrdən dərinlikdə yatıb qalıb. Elə bu cür anomaliyalar Daniyada, İspaniyada və Xəzər dənizi sahillərində tapılmışdır. Mümkündür ki, bu enmiş meteoritin izləridir.
8.”Şimşək talası” adlanan bir təzahür də mövcuddur. Bu yerə şimşək düşdükdən sonra əmələ gələn, yüksək gərginlik zonasıdır. Oradan keçməyə çalışan şəxs ölə bilər. Xoşbəxtlikdən, şimşəyin düşdüyü yerdəki energetik qıfabənzər çuxur, ancaq bir neçə dəqiqə mövcud olur.
9.”Drossolides” - yunan dilindən tərcümədə - "su damlaları” mənasını verir. Bu adla, müntəzəm olaraq yayın ortalarında adətən sübh çağları, havada duman damlalara çevriləndə Krit adalarında müşahidə edilən gözəgörünmnələr adlandırılıb. Çoxsaylı müşahidəçilər gözləri önündə, Frank-Kastello qalasının yaxınlığında, dənizin üzərində böyük döyüş səhnəsi baş verdiyini təsvir edirlər. Qışqırıqlar və silah cingiltiləri eşidilir. İlğım yavaş-yavaş dəniz tərəfdən hərəkət edib, qalanın divarları arasında yox olur. Tarixçilər deyir ki, bu yerdə təxminən 150 il əvvəl türklər və yunanlar arasında döyüş baş verib. Bu döyüşün guya ki, zaman arasında yolunu itirmiş, azmış təsviri, sahildə, Frank-Kastello qalasının qarşısında baş verir.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Düşündürücü və maraqlı suallar. :) |
Hansı bürc hansı bürclə necə yola gedir |
Novruz Bayramı mesajları |
Facebook-da yazılan ən maraqlı statuslar |
Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
Eurovision Song Contest (2012 Full Albom) |
Sevgi haqqında Aforizmler... |
Intihar barede 25 maraqli melumat |
Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music