Serialların beynimizə təsiri

Tarix: 25.12.2024, 06:05 Пожаловаться


Türk xalqının, eləcə də bizim  həyatımızda seriallar əhəmiyyətli yer tutur. Hətta çoxları seriallardakı qəhrəmanların başına gələcək hadisələrdən narahat olur. "Fatmagülün məhkəməsinini nəticəsi nə olacaq”, "Hürrəmin yeni fitnə-fəsadları”,  "Feriha xoşbəxt olacaqmı” kimi söhbətlər başlıca mövzulardandır.

11 serial araşdırıldı

Milyonları ekran qarşısına toplayan məşhur seriallar və onların qəhrəmanları araşdırma mövzusu oldu. Hansı qəhrəmanların daha çox romantik hisslər yaratdığı və hansı səhnələrdə stress səviyyəsinin artdığı təyin olundu. Nəticələr təəccübləndirir.

Baş qəhrəmana nə oldu?

32 könüllünün qəhrəmanlara reaksiyaları araşdırılanda gözlənilməz nəticələr meydana çıxır. Serialların ulduz aktyorları vaxtaşırı kütləni arxasınca aparmaya bilir. Buna nümunə kimi, "Şimal-cənub” serialını göstərmək olar. Serialda Buğra Gülsoyun canlandırdığı "Cənub”demək olar ki bütün səhnələrdə Kıvanç Tatlıtuğun ifa etdiyi "Şimal”dan daha çox diqqəti cəlb edir. Hətta "Şimal”ın "Cənub”a yumruq vurduğu səhnədə, romantik hisslərdə kəskin və ani eniş yaşanır.

Qucaqlaşmağı sevirik

"Möhtəşəm Əsr” də də Hürrəmin olduğu səhnələrə diqqət artmasına baxmayaraq romantik hisslər azalır. Buna baxmayaraq şahzadə Mustafa və Süleymanın olduğu səhnələrdə romantik hisslər yüksəlir. Yəni, fitnə-fəsadla padşahla nikahlanan Hürrəm Sultan haqsızlıqla öldürülən şahzadə Mustafa kimi diqqəti cəlb etsə də,  romantik dəyil. Araşdırmaçıların fikrincə, şüuraltı kodlarda reklam, film və serial ölçülərində səmimi qucaqlaşma və cinsi yaxınlığın olduğu səhnələr tamaşaçıların diqqətini  daha çox çəkir. 

Zorakılıq səhnələri narahat edir

Silah, bıçaq, hücum və tamaşaçılarda qorxu hissi yaradan səhnələrdə romantik duyğular da artır. Ancaq həmin hadisə reallaşdıqda, yəni yumruq və ya qılınc enəndə, silah açılanda romantik hisslər yox olur. Bu isə ailə daxili və ya ictimai zorakılıqla mübarizə aparan cəmiyyət haqqında sosioloji təəssürat yaradır. Uşaqlıqdan etibarən valideynlərin, böyük qardaş və ya bacının, məktəbdə müəllim və müdirin zorakılığı ilə qarşılaşan cəmiyyətimiz ümumi qənaətə görə zorakılıq və təzyiq kimi hallardan narahat olur və  hətta qorxur.


Forbaku.net


Teq: Serial

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 884 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı