Qəhvənin yalnız tənbəl insanlara stimullaşdırıcı
təsir göstərdiyi üzə çıxıb. Forbaku.net-in "The Daily Mail” qəzetinə
istinadən verdiyi məlumata görə, qəhvə zəhmətkeş insanlara yalnız mənfi
təsir göstərir, onların fəallığın aşağı salır. Bütün bunlar Böyük
Britaniyada aparılan elmi araşdırma zamanı üzə çıxıb. Psixoloq Cey
Xoskinq deyib ki, bu içkinin tərkibində olan kofein, amfetamin və digər
stimullaşdırıcıların insanlara müxtəlif cür təsir göstərdiyi məlum olub.
O, siçanlar üzərində apardıqları tədqiqat nəticəsində bunun təsdiqini
tapdığını bildirib. Məsələn, həmişə mürəkkəb vəziyyətlərdən çıxış yola
axtaran, fəallığı ilə seçilən siçanlar qəhvənin təsirindən tənbəlləşib.
Tənbəl siçanlar isə əksinə, fəallaşıb, labirintdə çıxış yolları
axtarmağa başlayıb. Bir sözlə, qəhvə daha aktiv siçanların fəallığını
aşağı salıb. Forbaku.net