Maraqlı məlumatlar

Tarix: 24.12.2024, 02:27 Пожаловаться


1.Dünyada Parisdən sonra böyüklüyünə görə, ikinci fransızdilli şəhər Kanadada Monreal şəhəridir.

2.Salat (Salato) – müxtəlif tərəvəzlərdən hazırlanan qarışıq, soyuq qəlyanaltı italyan dilindən tərcümədə "duzlu” deməkdir.

3.Fillər böyük olmalarına və saatda 2-6 km sürətlə hərəkət etmələrinə baxmayaraq, qaçış zamanı qısa müddətə, saatda 35-40 km sürət yığa bilirlər.

4. 12 aprel 1961-ci ildə Qaqarin ilk dəfə Kosmosa uçarkən göyərtə jurnalına yazmışdı:
" Yer atmosferindən işıq bərq vururdu, üfüq tünd narıncı rəngdə idi və getdikcə bütün göy qurşağı rənglərini alırdı: mavidən, göy rəngə, bənövşəyidən qaraya çalırdı. Təsvir olunmaz rənglər harmoniyası! Rəssam Nikolay Rerixin rəsm əsərlərindəki kimi”.

5. 1945-ci il, 24 iyunda qələbə paradı zamanı Moskvada, Qırmızı ordu meydanında faşist Almaniya bayraqlarının alçaldılması əlcəklərlə həyata keçirilib. Bununla da, qaliblər faşistlərdən iyrəndiklərini göstəriblər. Paraddan sonra isə əlcəklər və bayraqlar təntənəli şəkildə yandırılmışdı.

6.Corc Vaşinqton ABŞ-ın yeganə prezidentidir ki, heç bir partiyaya mənsub olmayıb.

7. Hippokrat andı- həkimin mənəvi-etik hərəkət prinsiplərinə əsaslanmış tibbi anddır. Bu and əslində, Hippokratdan öncə yaranıb. Qədim dövrdə "Asklepiya” adlanan tibb allahının kahinləri tərəfindən yaradıldığı güman edilir. And ailə ənənəsi kimi ağızdan-ağıza keçib. Hippokrat isə onu yazıya alan ilk alimdir.

8. Aktyor Silvestr Stallonenin rol aldığı ilk film 1970-ci ildə çəkilən "Kitti və Stadlarda şənlik” adlanır. Film yumşaq pornoqrafiya janrındadır. İki gün davam edən film çəkilişlərində aktyora 200 dollar qonorar verilib. Stallone indi bunu xatırlayanda deyir ki, o zamanlar son dərəcə kasıb və evsiz olduğundan, onun üçün kimisə soymaq və ya pornoqrafik səhnədə çəkilmək boş şey imiş. 1976-cı ildə "Rokki” filminin böyük uğurundan sonra, "Kitti və Stadlarda” şənlik filminin adını dəyişib "İtalyan ayğırı” qoydular.

9. 100 kişidən 7-də bu və ya digər formada daltoniklik var. Qadınlarda isə bu xəstəlik nadir hallarda olur. Tez-tez qırmızı və ya yaşıl rəngi fərqləndirə bilmirlər.

10. Hündürlüyə tullanmada hündür boylu atletlərə daha çox üstünlük verilir, çünki onların ağırlıq mərkəzi hündürdə yerləşir və buna görə, onlar bədənlərini daha yüksəyə tullaya bilirlər. Amma yarışlarda müxtəlif boylu atlerlərə rast gəlmək olar.

11. Plutonun sputniki Xaron planetin özündən bir az kiçikdir, ona görə də astronomlar onları bəzən ikili planet adlandırırlar. Hər iki göy cismi biri-birinin ətrafında fırlanır. Onların hər ikisinin bir üzü daima biri-birinə baxır.

12.Rodenin "Düşünən adam” heykəli əvvəllər, "Şair” adlanırdı və bu Dantenin təsviri idi. Heykəl Dantenin "İlahi komediyasında” cəhənnəmin qapıları hissəsinə həsr edilmişdi. Zaman keçdikcə Rodenin ilk məqsədi unudulur və heykəl ümumiyyətlə "Düşünən adam” adlandırılır.
13. San-Marino Yer planetində ən qədim respublikadır. E.ə. 301-ci ildə yaranıb, 32.000 sakini var və dünyada ən qədim konstitusiya da ona məxsusdur. ( Bu konstitusiya 1600-cü il, 8 oktyabrda qüvvəyə minib).

14. Olimpiya oyunlarında basketbol yarışları ilk dəfə 1936-cı ildə Berlində həyata keçirilib. Finalda amerikalılar kanadalıları çox aşağı xalla, 19:8 hesabı ilə məğlub edərək qızıl medal əldə ediblər. Məsələ ondadır ki, oyun açıq havada, leysan yağışı altında keçirilib və oyunçuların cəld hərəkət etməsinə maneələr yaranıb.

15. Karas (dabanbalığı) balığının kürüsü istənilən digər balıq tərəfindən mayalansa belə, yenə də ondan karas balığı törəyəcək. Bəzi mənbələrə görə, ümumiyyətlə karaslarda erkək cinsi yoxdur. Dişi balıqlar adətən, yaxın növ balıqlarla cütləşir. Təbii mayalanma baş vermir, çünki spermatozoid mayalandırmır, sadəcə hazır kürünün inkişafına stimul verir. Kürüdən isə yalnız dişilər törəyir.

16. "Mamayev” kurqanındakı, əlində silah və qumbara olan döyüşçünün üzü SSRİ marşalı Vasili İvanoviç Çukovun üzüdür. Kurqanın altında: "dayan, ölüm!” yazılıb.

17. Dünyanın ən böyük ensiklopediyası 1410-cu ildə, Çin imperatoru Çu Tunun sifarişi ilə hazırlanıb. Ensiklopediya 11095 cilddən ibarət olub, 917480 səhifəsi vardı. Toplu üzərində 2000 adam işləyib. Ensiklopediyanın üzü, bugünədək üç dəfə köçürülüb.

18. Yunanıstanın rəsmi himni- Dionisios Solomosun "Azadlıq himni”158 dördlükdən ibarətdir. Onun ilk 18 dördlüyü, rəsmi olaraq Milli Himn kimi tanınıb. Amma oxuyanda sadəcə 4 dördlükdən istifadə olunur.

19. Tarixdə ilk dəfə zirehli gəmi döyüşü 1862-ci il, 9 martda ABŞ-da vətəndaş müharibəsi zamanı "Monitor” (USS MONİTOR) və "Virciniya” (CSS VİRGİNİA) gəmiləri arasında olub. Üç saatlıq gərgin döyüş zamanı gəmilər zirehli olduqlarından, heç bir tərəf düşmənə ciddi xəsarət yetirə bilməyib.

20. İngilis şairi, romantik Bayron sevgililərinin qasıq tüklərindən kolleksiya yığırdı. O, səliqə ilə sevdiyi hər qadının intim yerindən tükü kəsib, xanımın adı yazılan zərfin içinə qoyurdu.

Teq: MARAQLI

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı2 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 2350 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Yazdı: Ebony
12.11.2012, 11:48 1 100

Heckuva good job. I sure apprceiate it.

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı