İslam dinində siğənin hökmü
Müvəqqəti nikah- bir "kişinin” bir qadın ilə-istər müsəlman, istərsə də Əhli Kitabdan olan bir qadınla-müəyyən müddət təsbit etməklə məsələn beş gün və yaxud iki ay və ya il yarım və yaxud bir neçə il-evlilik əqdi bağlamasıdır. Evliliyin başlanğıcı və sonu təsbit olunur və kişi siğə edəcəyi qadına kiçik məbləğdə mehr verir və müəyyən olunmuş müddət başa çatdıqdan sonra qadın nikahdan xaric olur. Bu cür evlilik Məkkənin fəth olunduğu il üç gün icazə verilmiş, sonra isə Qiyamət Gününə qədər nəhy edilmiş və haram edilmişdir. Bu barədə Müslim (1406) rəvayət etmişdir.
Zövcə (arvad, həyat yoldaşı) kişi ilə uzun-müddətli əsasda yaşayıb ömür sürən tərəfdir. Allah təala buyurur: "Onlarla (Allahın buyurduğu kimi) xoş rəftar edərək (ömür sürün).” [ən-Nisa 4:19]. Siğə nikahında isə kişi qadın ilə uzun müddət ömür sürmür, yaşamır.
Eləcə də, zövcə, arvad şəriətdə bildirilən xüsusiyyətləri özündə cəm edən kəsə deyilir. Onunla münasibətlər isə uzun müddətlidir. Zövcə barədə Qurani Kərimdə deyilir:
"Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.”[əl-Muminun 23:6]. Şəriətə görə, ayənin ikinci hissəsində bildirilən "cariyələr” zövcə sayılmır. Çünki cariyənin orada qalması müvəqqəti xarakter daşıya bilər.
Həmçinin, zövcə ərindən, əri də zövcəsindən miras almaq hüququna malikdir. Çünki Allah təala buyurur:
"Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa… qoyub getdikləri malın yarısı sizindir.” [ən-Nisa 4:12]. Lakin siğə nikahında qadın miras almır, çünki qadın bu qısa müddət ərzində kişinin zövcəsi sayılmır.
Bunlara
əsaslanaraq deyirik ki, hər iki tərəf bunu etməyə razı olsa və uzun
müddət davam etsə və kişi qadına mehr versə belə yenə də siğə nikahı
zina sayılır. Şəriətdə bunun icazəli olduğuna dəlalət edən heç bir şey
rəvayət olunmamışdır. Burada istisna Məkkənin fəthi günü qısa müddət
müvəqqəti nikaha icazə verilməsidir. Səbəbi isə odur ki, həmin vaxt
islam dinini yeni qəbul etmiş çox sayda insan var idi və qorxulurdu ki,
onlar dindən çıxa bilərlər, çünki onlar Cahiliyyə dövründə zina etməyə
öyrəşmişdilər. Odur ki, bu cür evlilik üç gün müddətinə onlara icazə
verilmiş, sonra isə Qiyamət Gününə kimi haram edilmişdir. Necə ki, bu
barədə Müslim (1406) rəvayət edir.
Məlumatlar http://www.dinifetvalar.com saytından götürülüb.
ForBaku.Net
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Düşündürücü və maraqlı suallar. :) |
Hansı bürc hansı bürclə necə yola gedir |
Novruz Bayramı mesajları |
Facebook-da yazılan ən maraqlı statuslar |
Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
Eurovision Song Contest (2012 Full Albom) |
Sevgi haqqında Aforizmler... |
Intihar barede 25 maraqli melumat |
Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music