Almaniya bazarlarında satış rekordları vuran, məşhur psixoloqların araşdırmalarının nəticəsi olan "Bir dəqiqədə insanı necə tanımalı" kitabından bəzi çıxarışlar 1. Üz quruluşları
Əgər insanın üz ölçüləri arasında mütənasiblik varsa, məsələn, alnı ilə
çənəsinin uzunluğu bərabərdirsə, bu, onun intelektual qabiliyyətinin
inkişaf etməsindən xəbər verir. Bir qayda olaraq, belə insanlar güclü
hissiyatlı, dözümlü və anlayışlıdırlar. Üçbucaq sifət insanın
hiyləgərliyindən xəbər verir. Əgər bu insanın qabağa çıxmış və enli alnı
varsa, deməli bu insan həmdə fitri istedada malikdir. Təəssüf ki, bu
cür insanlar həmdə satqınlığa meyillidirlər.
Sifəti trapesiya quruluşa malik insanlar isə intelektual hissiyatlı və
artistlik xüsusiyyətlərinə malik olmaları ilə seçilirlər. Bu cür simalı
qadınlar bir qayda olaraq optimistlər adlandırmaq olar. Onlar
xoşbəxtcəsinə yaşayır və ətrafları üçündə xoş atmosfer yaratmağa
çalışırlar.
Kvadrat sifətli insanlarda mərdlik, dözüm, bir çox hallarda isə
qəddarlıq həddinə çatan soyuqluq var. Onları kobud kateqoriyasına aid
etmək olar. ünsiyyətdə onlar səmimi və sözü üzə deyəndirlər. Həmin
insanlar sıravi icraçıdırlar. Baxmayaraq ki, həyati boyu lidreliyə can
atırlar.
Yumru sifət insanlar isə açıqqəlbli, sülhsevər, həlim xasiyyətli olurlar. Həmçinin
dalaşqanlıqları ilə çox seçilirlər. Onlar komfortlu gözəl kampaniyanı sevir, şan şöhrətə meyl etməməyə çalışırlar... 2. Qaşlar
Qaşlar insanın emosiyalarını ifadə edir. Onun qurulurşu, rəngi, sıxlığı
həmdə ağıl və emosiyaların balanslaşdırılmasından xəbər verir. Ona
görədə ideal qaşlar uzun və enli olanlar sayılır. əgər qaşların axırı
yuxarı qalxıbsa, həmin adamın səxavətliliyindən və mərdliyindən xəbər
verir. Belə adamlar doğuşdan müvəffəqiyyətli sayılırlar.
Yox, əgər qaşların sonu aşağı meyllənibsə, bu, həmin adamın utancaq
olduğundan xəbər verir. Əgər qarşınızdakı şəxs qısa və seyrək qaşlara
malikdirsə, onunla ehtiyyatlı davranın. Çünki onun hər an emosional
"partlayışlar törədəcəyi" istisna deyil. 3. Gözlər
Əgər gözlər gözəl və cəlb edicidirsə, bu, insanın sağlamlığından,
müstəqilliyindən, ağlından və temperamentindən xəbər verir. İri gözlər
insanın sentimental olmasını, tez küsəyən olmasını göstərir. Balaca
gözlü insanlar bir qayda olaraq paxıl və özünə qapanan olurlar. Onların
həyatda sevmədiyi bir şey varsa, o da ünsiyyətdir. 4. Burun
Uzun burun-individuallığın, balaca burun isə optimizmin və
ürəyiaçıqlılığın əlamətidir. Burnunun ucu nazik olan insanları hiyləgər
və kinlilər kateqoriyasına aid etmək olar. Amma burnunun ucu böyük və
ətli olan insanlar bir qayda olaraq, səmimi və ürəyiaçıqdırlar. Burnunun
ucu yuxarı qalxmış insanlar (xalq arasında "kurnos" adlandırırlar)
özündən razı, eqoist adlandırmaq olar. 5. Ağız
Əgər insanın ağzı böyükdürsə, bu, onun mərd olduğunu göstərir. Yox, əgər
şair demişkən "dar badam sığışmayan dar ağızlı"dırsa, onu zəif
xarakterli adlandırmaq olar. 6. Dodaqlar
Əgər üst dodaq alt dodaqdan daha böyükdürsə və ümumi görüntüdə onu
"kölgə"də qoyursa, deməli, həmin adam qətiyyətsizdir.Yox, əgər mənzərə
əksinədirsə, həmin şəxs eqoist, məqsədinə çatmaq üçün qarşıdakı bütün
maneləri qəddarcasına dəf etməyə hazır biridir.
Nazik dodaqlar insanın hiyləgərliyindən və paxıllığından xəbər verir. Ətli dodaq isə kobudluğun göstəricisidir. 7. Qırışlar
Burun boşluğundan ağızboşluğuna qədər qırışlar yaranıbsa, bu, insanın
hiyləgər olduğundan xəbər verir. Gözün ətrafında qırışların çoxluğu,
deməli, həmin insan olduqca çətin həyat tərzi keçirir. Qırışlar
dodaqların ətrafında çoxdursa, bu, həmin adamın gəncliyində əldə etdiyi
bütün uğurların qocalığda itirməsindən xəbər verir. 8. Qulaqlar
Formasız, solğun rəngdə olan qulaqlar həmin şəxsin orqanizmində ciddi
fəsadların olduğunu göstərir. Həddən artıq böyük qulaqlar
balanslaşdırılmamış şəxsiyyət haqqında məlumat verir. Başın quruluşuna
uyğun olmayan kiçik qulaqlar isə həmin şəxsin həyatda müvəffəqiyyət
qazanmadığı, hələ də özünü tapa bilmədiyi deməkdir. 9. Gülüşlər
Gülərkən əlini ağzına tutan insan utancaq və qətiyyətsizdir. Belələri
yaxındalrı ilə çox çətin ünsiyyət qururlar. Güləndə başını yuxarı aşağı
tərpədən isə diqqət mərkəzində olmağı sevənlərdir. həm gülüb həmdə
burnunu qırışdıran insanlar isə kaprizləri və emosionallıqları ilə
insanı yorur. Gülüşünü saxlamağı bacaran və hündürdən gülməməyə çalışan
insanlar sədaqətli, sakit, təmkinli insanlardır. Heç bir kompleks və
hiss keçirmədən hündürdən, ağzını açaraq gülən kişiləri isə yüngül
xasiyyətli adlandırmaq olar. Amma onların intelektual planda uğur
qazandıqlarını demək olar. Əgər insan güləndə çiyinləri atılıb düşürsə,
onunla ehtiyyatlı olun. Hiyləgər və təhlükəlidirlər.