İnsanlar ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün
peşman olur. Bronnie Vare, "The Top Five Regrets of the Dying - A Life
Transformed by the Dearly Departing" adlı kitabında ölüm yatağında
insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki
səhlənkarlıq olduğunu bildirib.
İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir.
Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs,
peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib.
Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib:
1. "Kaş ki başqalarının məndən gözlədiyi həyatı davam etdirmək əvəzinə xəyallarımı gerçəkləşdirmək cəsarətim olaydı."
Müəllif bildirir ki, insanların əksəriyyəti ömürlərinin son anında geri
qayıtmayacaqlarını anlayırlar. Arzuladıqları işlərin çox böyük bir
qisimini həyata keçirmədikləri üçün peşamn olurlar.
2. "Kaş bu qədər çox işləməyəydim."
Vare qeyd edir ki, kişi xəstələrin böyük əksəriyyəti işlərinə görə
ailələrinə və dostlarına kifayət qədər vaxt ayıra bilmədikləri üçün
peşman olurlar. Kişi xəstələrin böyük bir qismi əgər həyata qayıtmaq
şansları olsa, geri qayıdıb uşaqları daha çox vaxt keçirmək istərdilər.
3. "Kaş ki duyğularımı dilə gətirməyə cəsarətim olaydı."
İnsanlar bəzən digərləri ilə əlaqələrini müəyyən bir səviyyədə saxlamaq
üçün duyğularını gizlətdiyini deyən Vare, gizlədilən duyğuların insan
sağlamlığına son dərəcə mənfi təsir qoyduğunu bildirib.
4. "Kaş ki dostlarımla əlaqəmi davam etdirəydim."
Müəllif qeyd edir ki, insanlar ölüm yatağında ən çox keçmiş dostları üçün darıxırlar.
5. "Kaş ki özümə daha çox xoşbəxt olmaq üçün icazə verəydim."
Vare, ölüm yatağındakı xəstələrinin "Kaş ki daha çox güləydim, kaş ki
axmaq işlər görməyəydim" deyərək peşmanlıqlarını dilə gətirdiyini
sözlərinə əlavə edib.