Facebook-un sahibinin ailəsi

Tarix: 25.12.2024, 17:39 Пожаловаться


Stomatoloq, marketinq meneceri və kulinariyadan yazan bloqer... Dünyanın ən böyük sosial şəbəkəsinin banisi və sahibi Mark Sukerberqin ailə üzvləri adi insanlardır....
 
Mark Sukerberqin 17,5 milyard dollarlıq sərvəti olsa da, onun ailə üzvləri həmişəki həyatlarını davam etdirirlər.
Markın ata və anası oğullarının Facebook biznesini qurmazdan əvvəlki dövrlərdəki həyatlarını dəyişməyiblər. Onlar əvvəl də stomatoloq idilər, indi də həmin işdə çalışırlar.Ed Sukerberq Nyu-Yorkun Dobbs Ferri səmtində yerləşən və dəyəri 600 min dollar olan evində hər gün prosedur otağında pasiyentlərini qəbul edir.
Onun xanımı, ixtisasca psixoloq olan Karen isə bu zaman stomatoloji qəbul otağında qeydiyyatla məşğuldur.
 
Ed Sukerberqin dediyinə görə, oğlu multimilyarder, dünyanın ən varlı adamlarından biri olsa da, işindən əl çəkmək niyyətində deyil.
"Stomatologiya mənim peşəmdir və həyatımın illərini bu işə vermişəm. İşə doğma balam kimi baxıram. Mark milyarder olsa da, işimdən əl çəkmək niyyətində deyiləm", - Ed Sukerberq deyib.
 
Pasiyentlərin "Ağrısız Doktor Z" adlandırdıqları və işindən çox razı qaldıqları Ed stomatoloji fəaliyyətə 1978-ci ildə başlayıb.
Sadə həyat tərzi sürmək atasından oğluna da keçib. Belə ki, Mark Sukerberq multimilyarder olsa da, ən adi tələbə kimi yaşayır və hələ də ucuz maykalar geyir, krossovkalar alır.
Markın ata ocağı artıq onillərdir ki, dəyişmir.
Baha olmayan mebel, kiçik mətbəx, ən adi otaqlar və böyük televizorlu qonaq otağı.
Ed və Karen Sukerberqlərin oğlu Mark, qızları Rendi, Donna və Ariel həyatlarına ciddi dəyişikliklər etmək niyyətində olmadıqlarını deyirlər.
Mark Sukerberq Facebook-u yaradandan və sosial şəbəkə populyarlaşandan sonra korporasiyanın 2 milyon səhmini atasına hədiyyə etmişdi. Həmin səhmlərin dəyəri indi 80 milyon dollardır.
"Belə hədiyyəyə görə oğluma minnətdaram, amma o pullara ehtiyacım yoxdur. Qətiyyən! Mən həyatım boyu zəhmətlə pul qazanmışam və övladlarımı da halal pullarla böyütmüşəm. Oğlumun biznesindən mənə nə?! Təbii, bir ata kimi çox qürrələnir, fəxr edirəm ki, balaca Markım indi dünyanın ən məşhur, populyar və varlı adamlarından biridir. Bir ata kimi bunu özümə şərəf bilirəm. Fəqət, o milyonlara ehtiyacım yoxdur", - oğlunun verdiyi səhmləri xərçəng xəstəsi olan uşaqlara yardım fondunun hesablarına keçirmiş Ed Sukerberq deyir.
 
Facebook-un sahibinin bacısı Ariel San-Fransisko şəhərindəki "Wildfire Interactive" şirkətində marketinq meneceri, o biri bacısı Rendi isə telekanallardan birində aparıcıdır.
Donna Sukerberq kulinariya ilə bağlı bloq yazır və Prinston Universitetində elmlər doktoru olmağa hazırlaşır.
"Çoxları düşünə bilər ki, Markla xüsusi, əlahiddə şəkildə məşğul olmuşam. Lakin belə deyil. Mark ən adi uşaq kimi böyüyüb və həmyaşıdlarından da fərqlənməyib. Onun belə uğurlar əldə etməsi yalnız öz istedadı, bacarığı və qətiyyətinin nəticəsidir", - Ed Sukerberq deyib.
Rendi Sukerberqin dediyinə görə, "P-R Studios" media şirkətinin yaradaraq TV sahəsində özünü sınamaq qərarına gəlmişdi: "İşlərim pis getmir və işimdən razı qala bilərəm".
Harvard Universitetinin məzunu Brent Tvoretski ilə ailə quran və indi bir övladı olan Rendinin dediyinə görə, teleşou yaratmaq, əldə etdiyi gəlirlərin böyük qismini xeyriyyə işlərinə xərcləmək istəyir.
"Mark Sukerberqin əldə etdiyi pulların bundan da artıq olmasını istəyirəm. Çünki pullar onun həyatına əsla təsir etmir. Bilirsiniz, milyardları qazanmaq və insani hissləri unutmamaq, ən adi sevincləri paylaşmağı bacarmaq hər insanın işi deyil. Markla fəxr edirəm. Amma o, dəyişərsə, mənim oğlum olmayacaq", - Ed Sukerberq deyib.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Maraqlı Məlumatlar Baxış Sayı: 944 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı