
Dünyanın sonunun sonu çatdı..

Mirzənin evinin divarlarında hazırda ən qədim sayılan astronomik təqvimlər, Günəş və Ay illərini səciyyələndirən hesablamalar, habelə Venera və Marsın çoxillik hərəkət mərhələlərini əks etdirən şəkillər var.
"Science"ə istinadən bildiririy ki, bu freskalar arxeoloqların indiyədək aşkarladıqları ən qədim mayya astronomik təqvimləridir.
Daha doğrusu, freskalar sözün hərfi mənasında təqvimlər yox, Ay aylarının mərhələlərini müəyyənləşdirən, astronomiya ilə bağlı olan bir sıra mürəkkəb riyazi hesablamalardır.
İndiyədək belə hesablamalar "Drezden kodeksi"ndə vardı. "Drezden kodeksi" isə 14-15-ci əsrlərdə hazırlanmış mayya təqvimidir.
Bu təqvim dünyaca məşhurdur, çünki 2012-ci ildə dünyanın sonunun çatacağını bildirir.
ABŞ-ın Boston Universitetinin professoru Uilyam Saturnonun başçılıq etdiyi arxeoloqlar qrupu 2011-ci ildən bəri Qvatemalanın şimalındakı Peten vilayətində, Xultun bölgəsində qazıntı işləri aparırlar.
Xultun ötən əsrdə qvatemalalı fəhlənin təsadüfən aşkarladığı, mayyalara aid ən qədim "ölü şəhər"lərdən biridir. 1920-ci ildə məşhur amerikalı arxeoloq Silvanus Morli şəhərin xarabalıqlarını tədqiq edib, Xultunun xəritəsini hazırlayıb.
Onun yazdığına görə, Xultun on minlərlə insanın yaşadığı iri şəhər olub.
2010-cu ildə Saturnonun şagirdlərindən biri Maksvell Çemberlen xultunlu mirzənin evini tapmışdı.
Həmin yerdə qazıntı işləri davam etdirilib və burada Saturno ilə onun həmkarları 9-cu əsrin əvvəllərində inşa edilmiş evin qalıqlarını görüblər.
Arxeoloqlar evin 3 divarında maraqlı freskalar aşkarlayıblar.
Divarlardan birində 6500-cü ilə qədər Ay, Mars və Veneranın hərəkətləri, tutulmaları və orbitləri barədə məlumatlar vardı. Hesablamalar şərq divarında aparılmışdı və orada 260 gün davam edən dini təqvim də vardı.
Mayya mirzənin divara təqvimləri və hesablamaları niyə yazdığı bəlli deyil. Ola bilər ki, həmin ev mayya astronomların təhsil aldıqları məkan imiş.
Ən maraqlısı isə budur ki, həmin təqvimlərin heç birində 2012-ci il dünyanın sonu kimi göstərilmir.
Alimlərin fikrincə, yeni aşkarlanmış mayya təqvimi 2012-ci ilin dünyanın sonu olacağı barədə mayya təqvimlərinə istinadən səslənən iddiaların sonu sayıla bilər.
Çünki qədim mayyaların təqvimində Yerdə insanların həyatının bundan sonra ən azı 7 min il davam edəcəyi vurğulanır.
Təqvimlərdə 2012-ci ilin xüsusi qeyd edilməməsi də diqqət çəkir. Belə çıxır ki, mayyalar üçün 2012-ci ilin heç bir ciddi əhəmiyyəti olmayıb.
"2012-ci ildə dünyanın sonu olacağını iddia edən və mayya təqviminə istinad edənlər deyirlər ki, onlar 13 "baktun"dan ibarət təqvimi nəzərdə tuturlar. Halbuki yeni tapıntı sübut edir ki, mayya təqvimində "baktun"ların sayı 13 yox, 17-dir və 2012-ci il də dünyanın sonu deyil. Mayya təqvimi bundan sonrakı milyonlarla illəri də hesablayıb", - arxeoloq Devid Stüart deyib.
Forbaku.Net
Teq:
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Sorğu
TOP Xəbərlər
| Düşündürücü və maraqlı suallar. :) |
| Hansı bürc hansı bürclə necə yola gedir |
| Novruz Bayramı mesajları |
| Facebook-da yazılan ən maraqlı statuslar |
| Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
| Eurovision Song Contest (2012 Full Albom) |
| Sevgi haqqında Aforizmler... |
| Intihar barede 25 maraqli melumat |
| Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
| Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında


Bölmə: 