Bu meyvə və tərəvəzlər dişləri ağardır! Dişlərinizin inci kimi olmasını yalnız kimyəvi maddələrlə deyil, təbii və əlinizin altındakı yeməklərlə də təmin edə bilərsiniz. Çiyələk Çiyələyi dişlərinizə sürtsəniz, ya da ancaq bir ovuc çiyələk belə yesəniz, dişlərinizin üzərində ləkələr meydana gəlməsini maneə törədəcək. Ancaq diqqət yetirməniz lazım olan nöqtə ağzınızı mütləq çalxalamaqdır. Çünki çiyələyin içərisində olan turşu və şəkər uzun müddət qaldığında, diş minasına zərər verəcək. Portağal Portağal qabıqlarının iç tərəfi dişləri ağardıcı olaraq bilinər. Quru portağaldan əldə edəcəyiniz məcunu isə diş fırçası köməyiylə dişlərinizə tətbiq edə bilərsiniz. Bu əməliyyatı həftədə bir-iki dəfə təkrarlasanız fərqi görəcəksiniz. Limon suyu Olduqca turşulu olduğu bilinən limon suyu yalnız saçlarınızın rəngini açmada deyil, dişlərinizi ağartmada da təsirlidir. Ancaq əlbəttə, bu tərifi çox sıx tətbiq etməməniz lazımlıdır. Əks halda diş minanız zərər görəcək və çürüyə əlverişli bir hala gələcək. Alma sirkəsi Limon suyu kimi alma sirkəsi də dişləri ağartmaq üçün istifadə edilə bilər. Karbonatla qarışdırılıb, dişlərə sürtüldüyündə, alma sirkəsi diş pastası funksiyası yerinə yetirəcək. Sərt meyvə və tərəvəzlər Alma, kök, gül kələm, armud və digər sərt qida maddələri dişləri təmizləyər və ləkələrin yox olmasını təmin edər. Meyvələr və tərəvəzlər içərisindəki təbii liflər ağızda tüpürcək ilə birləşdiyində, dişlərin arasında qalmış olan yemək artıqlarını və ləkə edən bakteriyaları təmizləyəcək.