ŞOKOLADLI DONDURMA

Tarix: 24.12.2024, 16:34 Пожаловаться

Lazım olan ərzaqlar:

2 stəkan süd

1 konserv bankası (390 qramlıq) qatılaşmış süd

3 xörək qaşığı tünd şəkərsiz kakao

1 xörək qaşığı qarğıdalı nişastası

Hazırlanma qaydası:

Balaca qazana süd və kakao tozunu qoyun. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin. Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin. Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir. Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın.  Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır.


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 1076 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı