
Dadlı reseptlər

Göbələk dolması
Lazım olan ərzaq: 10 ədəd iri göbələk, 60 qr (4 xörək qaşığı) yağ, 100 qr xırdalanmış qoyun pendiri, 1 dilim çörək (qabıqları təmizlənmiş və xırdalanmış), duz, istiot.
Hazırlanma qaydası:
Sobanın üst gözünü yandırın. Göbələkləri təmizləyin və saplaq hissələrini göbələkləri zədələmədən çıxarın. Yağı bir tavada əridin. Göbələkləri dəmir təbəqəyə yığın, duz və istiot vurub, üzərinə 2 xörək qaşığı əridilmiş yağ çəkin. Dəmir təbəqəni sobaya qoyun. Göbələkləri azacıq diri qalmaq şərti ilə bişirin. Eyni zamanda pendiri və xırdalanmış çörək içini qarışdırın. Yarıbişmiş göbələkləri sobadan götürüb içlərini doldurun və üzərinə qalan əridilmiş yağı tökün. Sobanı 200 dərəcəyə qədər qızdırın. Göbələkləri yenidən sobaya qoyun və üstü qızarana qədər bişirin. Süfrəyə isti-isti verin.
Kartof küftəsi
Kartofları qaynadıb, qabıqlarını soyun. Çəngəllə əzib, püre halına gətirin.
Tərkibi:
500 qram kartof;
250 qram ispanaq;
1 ədəd sürtgəcdən keçirilmiş soğan;
duz, qara istiot;
2 qaşıq ağ pendir;
2 qaşıq un;
1 ədəd yumurta.
Hazırlanması:
Kartofları qaynadıb, qabıqlarını soyun. Çəngəllə əzib, püre halına gətirin. Duz, qara istiot əlavə edib yoğurun. İspanağı soğanla pörtlədir, suyu qurtarana qədər bişirdikdən sonra ispanağı odun üzərindən götürün. İçinə pendir və qara istiot əlavə edib qarışdırın. Kartofdan qoz böyüklüyündə parçalar qoparıb, əllə açın. 1 qaşıq hazırladığınız qarışıqdan qoyub, kartofu küftə şəklinə salın. Hamısını bu şəkildə hazırladıqdan sonra əvvəlcə una, sonra da yumurtaya batırıb qızardın.
Əriştəli toyuq şorbası
Lazım olan ərzaq: 800 qr toyuq əti, 120 qr əriştə, 0,5 stəkan yağ (əridilmiş), 10 ədəd alça, 0,5 stəkan maş lobya, 1 baş soğan, 0,2 qr zəfəran, 40 qr şüyüd, istiot, duz.
Hazırlanma qaydası:
Maş lobyanı 6 saat soyuq suda isladın. Daha sonra 45-60 dəqiqə suda bişirin. Soğanı doğrayıb yağda qovurun. Toyuğu tikələrə bölüb suda bişirin. Bişmiş toyuq ətini suyundan çıxarın. Toyuq ətinin suyuna qovrulmuş soğan, bişmiş maş lobya, alça, əriştə və zəfəran şirəsi töküb, 10-15 dəqiqə bişirin. Süfrəyə verərkən boşqaba bişmiş toyuq tikəsi qoyub, üzərinə şorba tökün və xırda doğranmış şüyüd səpin.
ForBaku.Net
Teq:
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Sorğu
TOP Xəbərlər
| Düşündürücü və maraqlı suallar. :) |
| Hansı bürc hansı bürclə necə yola gedir |
| Novruz Bayramı mesajları |
| Facebook-da yazılan ən maraqlı statuslar |
| Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
| Eurovision Song Contest (2012 Full Albom) |
| Sevgi haqqında Aforizmler... |
| Intihar barede 25 maraqli melumat |
| Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
| Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında


Bölmə: 