*Bir qadın Rəsulullah (s.ə.v)-a gələrək: Mən həcc etmək üçün hazırlıq etmişdim mənə (bi mane) ərz oldu nə edim?Əfəndimiz:Ramazanda ümrə et, çünki o ayda ümrə eynilə həcc kimidir" buyurdu (Əbu Davud, Həcc 79, Tirmizi, Həcc 95) *Ramazanda orucunu tutub da Şəvvaldanda altı gün tutan kimsə bütün il oruc tutmuş kimidir.(R Salihin, 1259) *Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar,cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular. *Cənnətdəki gözəl köşklər, sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər.(İbni Nəsr) *Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.(Müslim) *Oruc tutan, namaz qılan kimsə,mükafatını qiyamətdə ağlı qədər alar.(Hatib) *Beş vaxt namaz, bir cümə namazı digər cümə namazına, bir Ramazan digər Ramazana həmişə kəffarədir.Böyük günah edilmədikcə aralarındakı günahları bağışladarlar. (Müslim, Təharət 14, (223); Tirmizi, Salat 160, (214) *Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.(Müslim) *Cənnətdə Rəyyan deyilən bir qapı vardır.Oradan yalnız oruclular girər oruclular girdiyində artıq bağlanar, kimsə ordan girə bilməz."(Tirmizi"nin rəvayətində bu çox var: "Ora daxil olan şəxs əbədi olaraq susamaz (Tirmizi, Savm 5) *Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək edər.(Tirmizi, Cihad 3, (1624) *Bir kimsə həcc və ümrə etsə də eyni il içində ölsə cənnətə girər.Kim Ramazan orucunu tutsa sonra ölsə cənnətə girər(Ravi: Hz Əbu Səid) *Ard arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.(Əbu Nuaym) *Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.(Təbərani)