Peyğəmbərlərin peşələri

Tarix: 24.12.2024, 05:37 Пожаловаться

Müqədddəs kitabımız "Qurani-Kərim”də adları çəkilən peyğəmbərlərimizin (ə) hamısı bir və ya bir neçə sənətlə məşğul olub və dolanışıqlarını bu yolla tədarük etməklə yanaşı bu peşələri başqalarına da öyrədiblər.

Beləcə, Allahın elçiləri insanlara həm gözəl və faydalı peşələri aşılayıb, həm də onlara başqaları qarşısında boyun əyməməyin yollarını göstəriblər.  

Bəs "Qurani-Kərim”də adları çəkilən peyğəmbərlərin hansı peşə sahibləri olduqlarını bilirsinizmi?

Həzrəti Adəm (ə): İlk əkinçi və cütçü olub.

Həzrəti Şis (ə): Toxuculuq sənətinin banisi idi.

Həzrəti İdris (ə): İynəni ilk dəfə icad edən, ona dəlik açan, sap keçirən insan olduğundan, dərzi və toxucuların ustadı sayılırdı.

Həzrəti Nuh (ə): Sənəti dülgər idi, dənizçilərin ustadı olub.

Həzrəti Hud (ə): Tacir idi. Bütün tacirlərin ağsaqqalı sayılırdı.

Həzrəti Saleh (ə): Sürü ilə dəvələr saxlayırdı. Südlərini həm içər, həm də satıb dolanışığını təmin edərdi.

Həzrəti İbrahim (ə): Kəbəni yenidən inşa etməsi ilə Həzrəti Süleymana (ə) və Memar Sinana öndərlik etmişdir.

Həzrəti  İsmayıl (ə): Quru və dəniz ovçuluğu ilə dolanışığını təmin edərdi. Ovçuların ustadı sayılırdı. 70 dil bilirdi.

Həzrəti Lut (ə): Tarixçi idi. Səyyahların atası sayılırdı.

Həzrəti İshak ( ə): Çoban idi.

Həzrəti Yaqub (ə ): Çoban olub.

Həzrəti Yusuf (ə): Saatı icad edən, bolluq zamanında məhsulu yığıb saxlamağı,  qıtlıq vaxtı isə xalqa paylamağı düşünən peyğəmbər idi. Yuxu yozumu elmi Yusif peyğəmbərin (ə) adıyla bağlıdır.

Həzrəti Eyyub (ə): Əkinçi idi.

Həzrəti Şueyb (ə): Əkinçi olub.

Həzrəti Musa (ə): Çobanlıq etmiş və Həzrəti Şueybə (ə) xidmət göstərmişdi. Böyüyə qulluq etmək peyğəmbər peşələrindən biri idi.

Həzrəti Harun (ə): Sənəti haqqında dəqiq məlumat yoxdur. Qardaşı Həzrəti Musaya (ə) vəzir təyin edilib.

Həzrəti Davud (ə): Dəmirçiliklə məşğul olub, zirehi və nizami ordu yaradıb. Ədalət məhkəməsinin təməli də onun dövründə qoyulub.

Həzrəti Süleyman (ə): Hökmdar idi. Zənbil düzəldərdi. Mis mədənini ilk dəfə yaradan o idi.

Həzrəti Zülkifl (ə): Çörək bişirərdi.

Həzrəti İlyas (ə): Toxucu olub.

Həzrəti Yunus (ə): Balıq ovlayıb dolanardı.

Həzrəti Üzeyir (ə): Bağban idi. Meyvə ağaclarını ilk dəfə peyvənd edən,  budama işlərini insanlara öyrədən peyğəmbər idi.

Həzrəti Loğman (ə): Peşəsi həkim və əczaçılıq idi.

Həzrəti Zəkəriyyə (ə): Dülgər idi.

Həzrəti İsa (ə): Ovçu idi. Ov aləti ilə dolanışığını təmin edərdi. 

Həzrəti MƏHƏMMƏD (s.ə.s.): Kiçik yaşlarında çobanlıq etmiş daha sonra ticarətlə məşğul olmuşdu. İslam dinin təbliq olunmasında bir sıra müqəddəs müharibəyə -Cihada rəhbərlik edib.


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 1389 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı