-Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Bir şeyi çox sevmək, insanı ona qarşı kor və kar edər.. -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Hər insan günah edə bilər. Günahkarların ən xeyirlisi tövbə edənlərdir. -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin!" -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Zənn etməkdən çəkinin. Çünki zənn, sözlərin yalana ən çox yaxın olanıdır." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Sizin ən xeyirliniz, xanımlara qarşı gözəl davrananızdır." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Ümmətim üçün ən çox qorxduğum insanlar; gözəl danışan münafiqlərdir." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Ölümü tez-tez anın. Çünki o, (sizi) günahdan çəkindirər və dünyaya bağlamaz." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Hər kim bir qövümə bənzəsə o da onlardandır" -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "İnsanlara mərhəmət etməyənə ALLAH da mərhəmət etməz. " -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Ağıllı insan - nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışan insandır." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: -"Xeyrə vasitəçi olan xeyir əməl edən kimidir." Peyğəmbərimiz(s.a.v) buyurmuşdur: "ALLAH sizin nə xarici görünüşünüzə, nə də ki, mallarınıza baxar. O yalnız sizin qəlbinizə və işinizə baxar." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Qadınla dörd şey üçün evlənilir; Malı, nəsli, gözəlliyi və imanı. Sən imanlı olanını seç ki, evin bərəkətli olsun." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Siz iman etmədikcə cənnətə girə bilməzsiniz; bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Bir-birinizi sevməyiniz üçün aranızda SALAMı yayın." -Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: "Nəbadə zənnə uyasınız! Zənn ən yalan söz kimidir. Bir-birinizi altdan-altdan süzməyin, bir-birinizi güdməyin, bir-birinizin paxıllığını çəkməyin, bir-birinizə nifrət etməyin, bir-birinizlə ədavət də aparmayın və ALLAHın bir-birinə qardaş qullarından olun!"