Oruc tutanları maraqlandıran suallar
Sual: Oruc nədir?
Cavab: Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.
Sual: Orucu nələr batil edir?
Cavab: Doqquz şey orucu batil edir: 1. Yemək və içmək; 2. Cima (cinsi yaxınlıq); 3. İstimna (özündən məni xaric etmə); 4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 6. Başı bütövlüklə suya batırmaq; 7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 8. Axıcı şeylərlə imalə etmək; 9. Qusmaq.
Sual: Oruc tutmuş qadın yeməyin dadına baxa bilərmi?
Cavab: Əgər yemək boğaza çatmasa, onun dadına baxmaq olar. Yeməyin dadına baxarkən təsadüfən boğaza çatarsa, oruc batil olmaz. Amma yeməyin dadına baxmaq istəyən kəs əvvəlcədən bilsə ki, yemək boğazına çatacaq və bu iş baş versə, orucu batildir. Belə orucun qəzası tutulmalı və kəffarəsi də verilməlidir.
Sual: Oruc tutmuş şəxs yuxuda möhtəlim olarsa (ondan məni xaric olarsa), orucu batil olarmı?
Cavab: İnsanın özündən asılı olmadan məni xaric olarsa, onun orucu batil deyil.
Sual : Əgər bir şəxs peyğəmbərin dilindin bir söz deyərsə və sonradan anlayarsa ki, bu söz yalan imiş, orucu batildirmi?
Cavab: Doğru olmadığı sonradan bilinən sözlərə görə oruc batil olmaz.
Sual: Əgər bir şəxs bilmədən suya yıxılaraq başı tam suya batarsa, onun orucu batildirmi?
Cavab: Özündən ixtiyarsız suya yıxılan və başı bütünlüklə suya batan insanın orucu batil deyil.
Sual: Boynunda cənabət qüslü olan kəs ramazan ayında oruc tuta bilərmi?
Cavab: Ramazan ayında cünub olduğu halda oruc tutmaq istəyən kəs bilərəkdən qüsl verməyib vaxtın darlığını gözləsə və təyəmmüm edib oruc tutsa, onun orucu qəbuldur amma günah işlətmişdir.
Ramazan ayında gecə cünub olan kəs bilsə ki, yatsa sübhədək oyanıb qüsl verə bilməyəcək, yatıb yuxuya qalsa orucu batildir. O adam həm qəza orucu tutmalı, həm də kəffarə verməlidir.
Oruc tutan şəxs gündüz möhtəlim olsa, dərhal qüsl verməyi vacib deyil.
Sual: Oruc halda imalə etmək olarmı?
Cavab: Oruc vaxtı imalə etmək orucu batil edir. Amma müalicə üçün şamlardan istifadə etməyin eybi yoxdur. Amma qidalandırıcı şamlardan istifadə etmək olmaz.
Sual : Əgər insan özündən ixtiyarsız qusarsa, orucu batil olarmı?
Cavab: İxtiyarsız halda qusmaq orucu batil etmir.
Sual : Orucun neçə qisim kəffarəsi olur?
Cavab: Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.
Sual: Ramazan ayında hansı hallarda təkcə qəza orucu vacib olur?
Cavab: On halda yalnız qəza orucu vacib olur:
1. Oruc tutmuş şəxs bilərəkdən qussa;
2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa;
3. Oruc tutmağı niyyət etməsə;
4. Cənabət qüslü verməyi yaddan çıxarsa;
5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra mə’lum olsa ki, azan olubmuş;
6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu mə’lum olsa;
7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu mə’lum olsa;
8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb;
9. Saf havada qaranlığa görə məğrib olduğunu tə’yin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur).
10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).
Sual: Əgər bir şəxs xəstəlik səbəbindən Ramazan ayında oruc tuta bilməsə və növbəti ilin Ramazan ayınadək sağalmasa, qəza orucu tutmalıdırmı?
Cavab: Növbəti ramazan ayınadək xəstəlik sağalmasa, tutmadığı orucların qəzasını tutmaq vacib deyil, amma hər gün üçün fəqirə on sir (bir sir yetmiş beş qramdır) təam verməlidir.
Sual: Qəza oruclarını bir neçə il tə’xirə salan şəxs nə etməlidir?
Cavab: Orucların qəzası tutulmalı və hər gün üçün fəqirə on sir təam verilməlidir.
Sual: Atanın qəza namazı və orucları ilə bağlı övlad nə edə bilər?
Cavab: Dünyasını dəyişmiş atanın qəza namazı və orucları böyük oğulun öhdəsinədir.
Sual: Səfərə çıxan şəxs oruc tuta bilərmi?
Cavab: Günortadan sonra səfərə çıxan şəxs tutduğu orucu başa vurmalıdır. Günortadan qabaq səfərə çıxan şəxs isə tərəxxüs həddini keçdikdən sonra, yə’ni şəhərin divarları görünmədikdə və azan səsi eşidilmədikdə orucunu açmalıdır. Səfərdən qayıdan şəxs günortadan qabaq vətəninə çatarsa, həmin vaxtadək orucu batil edən işlər görmədiyi halda, oruc tuta bilər. Səfərdən qayıdan şəxs günortadan sonra vətəninə çatarsa, həmin gün oruc tuta bilməz.
Sual: Oruc tutmaq kimlərə vacib deyil?
Cavab: Dörd halda oruc tutmaq vacib olmur:
1. Qocalıq və məşəqqət səbəbindən;
2. Susuzluqdan əziyyət çəkən xəstələr;
3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə və hamiləliyinə zərər olduqda;
4. Uşaq əmdirən və südü az olan qadınlar;
Sual: Ayın əvvəli (fitr bayramı) hansı yolla təyin olunur?
Cavab: Ayın əvvəli beş yolla tə’yin olunur: 1. İnsan özü ayı görsə; 2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey); 3. İki adil kişi ayı gördüklərini desələr; 4. Aydan otuz gün keçmiş olsa; 5. Şər’i hakim ayın başlaması barədə hökm versə.
Sual: Şəri hakimin hökmü yalnız onun müqəllidlərinəmi aiddir?
Cavab: Əgər şər’i hakim hökm etsə ki, ayın əvvəlidir, ona təqlid etməyənlər də uyğun hökmə əməl etməlidir.
Sual: Oruc tutmaq nə vaxtlar vacibdir?
Cavab: Ramazan ayında, eləcə də nəzir, əhd və and səbəbi ilə oruc tutmaq vacibdir.
Sual: Hansı günlər oruc tutmaq haramdır?
Cavab: Fitr və qurban bayramları günləri və Şəbanın sonuncu günü ilə Ramazanın birinci gününün başlaması mə’lum olmadıqda.
Sual: Hansı günlər oruc tutmaq məkruhdur (bəyənilmir)?
Cavab: Aşura günü, ərəfə və qurban olduğu bilinməyən gün oruc tutmaq məkruhdur.
Sual: Hansı günlər oruc tutmaq müstəhəbdir (bəyənilmişdir)?
Cavab: Aşağıda qeyd olunan günlərdə oruc tutmaq daha çox tapşırılmışdır:
1. Hər qəməri ayın birinci, sonuncu cümə axşamı günləri və ayın onuncu günündən sonra gələn ilk çərşənbə günü;
2. Hər ayın on üçü, on dördü və on beşi;
3. Rəcəb və Şəban aylarının bütün günləri;
4. Novruz bayramı günü;
5. Zilqədə ayının iyirmi beşinci və iyirmi doqquzuncu günü;
6. Zilhiccənin birinci və doqquzuncu günləri
7. Qədir günü (zilhiccənin on səkkizinci günü);
8. Məhərrəmin birinci və üçüncü günü;
9. Həzrət peyğəmbərin (s) mövludu günü (rəbiül-əvvəlin on yeddinci günü);
10. Məb’əs günü (rəcəbin iyirmi yeddinci günü)
Forbaku.net
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Sorğu
TOP Xəbərlər
Düşündürücü və maraqlı suallar. :) |
Hansı bürc hansı bürclə necə yola gedir |
Novruz Bayramı mesajları |
Facebook-da yazılan ən maraqlı statuslar |
Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
Eurovision Song Contest (2012 Full Albom) |
Sevgi haqqında Aforizmler... |
Intihar barede 25 maraqli melumat |
Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında