Həzrət Əlinin (ə) Hikmətli Sözlərindən

Həzrət Əlinin (ə) Hikmətli Sözlərindən
1. Tamah və hərisliyi öz şüarı etmiş kəs özünü kiçildib. Öz çətinlik və pərişanlığını bildirən kəs zillət və xarlığa qol qoyub. Dilini özünə hakim etmiş kəs öz yanında da xar və zəlildir.
2. Xəsislik ardır. Qorxaqlıq nöqsan və çatışmamazlıqdır. Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməklə lal və dilsiz edir. Yoxsul öz şəhərində qəribdir. Acizlik bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. Günahlardan uzaqlıq qalxandır.
3. İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. Elm müqəddəs və əziz bir mirasdır. Gözəl xasiyyətlər təzə və yeni zinətlərdir. Fikirləşmək pak və təmiz güzgüdür.
4. Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. Gülərüzlülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür. Sülh və barışıq eybləri örtməkdir.
5. Özündən razı kimsəyə qəzəb edən çox olar. Sədəqə xeyirli və şəfaverici dərmandır. Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq.
6. Bu insana heyrətlənin ki, piylə (göz ilə) görür, ətlə (dil ilə) danışır), sümüklə (qulaq ilə) eşidir və dəlik (burundan) nəfəs alır.
7. İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.
8. Düşmənini ələ keçirən zaman onu bağışlayaraq günahından keçməyi ondan üstünlük qüdrətinin şükrü et.
9. İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan daha acizi isə qazandığı dostlarından birini itirən kəsdir.
10. Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın.
11. Çox yaxın qohumların tərk etdikləri şəxsə çox uzaq olan yad çatar.
12. Fitnə və bəlaya düçar olmuş hər bir kəsi məzəmmət etmək olmaz.
13. Hər kim arzusunun dalınca qaçaraq cilovunu buraxsa ölüm ayağını sürüşdürər.
14. Comərdlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi Allahın əli onun əlində olur və onu qaldırır.
15. Qorxu ziyanla yoldaşdır və utancaqlıq ümidsizliyə birləşikdir. Fürsət ötəri bulud kimi keçir. Buna görə də gözəl fürsətləri əldən çıxarmayın.

Teq:
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
TOP Xəbərlər
| Düşündürücü və maraqlı suallar. :) |
| Hansı bürc hansı bürclə necə yola gedir |
| Novruz Bayramı mesajları |
| Facebook-da yazılan ən maraqlı statuslar |
| Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
| Eurovision Song Contest (2012 Full Albom) |
| Sevgi haqqında Aforizmler... |
| Intihar barede 25 maraqli melumat |
| Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
| Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında

Bölmə: 