Duadan öncə tövbə etmək lazımdır

Həqiqətən də, dua etməyin ədəblərindən və qəbul olmasının səbəblərindən biri də qulun duadan əvvəl günahlarını etiraf edib, etdiyi xətalarına peşmançılıq çəkərək Rəbbinə səmimi qəlbdən tövbə etməsidir. Çünki günahların çox olması duanın qəbul olmasına mane olur. Necə ki, Yəhya ibn Muaz ər-Razi deyib: "Dua etdikdə Onun gecikdiyini demə! Çünki sən artıq Onun yollarına günahlarınla sədd çəkmisən” (əl-Beyhəqi, 2/54).
Ona görə də kim Allah-Təalanın onun duasını qəbul etməsini istəyirsə, Allah-Təalaya səmimi qəlbdən tövbə edərək haram etdiyi şeylərdən çəkinməli və əmr etdiyi şeyləri isə yerinə yetirməlidir.
Allah-Təala buyurur:
"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər ("Bəqərə” surəsi, 2/186).
Artıq Allahın Peyğəmbərləri və Rəsulları öz ümmətlərini Allaha tövbə edərək Ondan günahlarının bağışlanmasını diləməyə çağıraraq bəyan edirdilər ki, belə etmək duanın qəbul olmasına, yağışların yağmasına, xeyir-bərəkətin, mal-dövlətin və oğul-uşağın artmasına səbəb olur.
Allah-Təala Nuhun (a) öz qövmünə belə dediyini buyurur: "Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O, sizə göydən bol yağış göndərər; O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!” ("Nuh” surəsi, 71/10-12).
Hudun (a) da öz qövmünə belə dediyini buyurur: "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!” ("Hud” surəsi, 11/52).
İbn Sabih deyib: "Bir kişi Həsən əl-Basriyə quraqlıqdan şikayət edir. Həsən əl-Basri ona deyir: «Allahdan bağışlanma dilə». Başqa birisi ona deyir ki, Allaha dua et, mənə övlad versin. Həsən əl-Bəsri ona da Allahdan bağışlanma diləməsini deyir. Biz ondan bu haqda soruşduqda o dedi: Mən özümdən heç bir şey demədim. Allah-Təala "Nuh” surəsində Nuh peyğəmbərin dilindən buyur¬ur: "Və dedim: (Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! O, sizə göydən bol yağış göndərər. O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!”. (Abdur-Razzəq, "əl-Musannəf”, 3/87, Tabərani, 964) ("Nuh” surəsi, 71/10-12).
Duanı dinləyən duadan sonra amin desin!
Amin sözünün mənası "Allahım, qəbul et” və ya "cavab ver” deməkdir. Duaya amin deyən dua etmiş kimidir. Necə ki, Musa və Harun (a) Firona bəd dua etdikləri zaman Allah-Təala buyurub:
"Allah buyurdu: "Hər ikinizin duasını qəbul etdim. Siz sabitqədəm olun və cahillərin yoluna uymayın!” ("Yunus” surəsi, 89).
İbn Kəsir deyib: "Musa (a) dua edərkən, Harun (a) amin deyirdi” ("Təfsirul-Quranil-azim”, 2/411).
Ayədən göründüyü kimi Allah-Təala Musa peyğəmbər dua edərkən Harun peyğəmbərin amin deməsinə baxmayaraq ikisinə də "Hər ikinizin duasını qəbul etdim” buyuraraq Harun peyğəmbəri də dua edən adlandırıb.

Teq:
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
TOP Xəbərlər
| Düşündürücü və maraqlı suallar. :) |
| Hansı bürc hansı bürclə necə yola gedir |
| Novruz Bayramı mesajları |
| Facebook-da yazılan ən maraqlı statuslar |
| Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
| Eurovision Song Contest (2012 Full Albom) |
| Sevgi haqqında Aforizmler... |
| Intihar barede 25 maraqli melumat |
| Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
| Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında

Bölmə: 