ALLAH qəlbimizdədir

Tarix: 24.12.2024, 06:17 Пожаловаться


Müsəlman həyatın ən əhəmiyyətli sirlərinə bələd olmuş, kainatın yaradılış məqsədini və özünün bu dünyada niyə nə səbəbə yaradıldığını anlamış insandır. Dünyanın müvəqqəti bir yer olduğunu, ALLAHın təqdir etdiyi bir zamanda həyatının sona çatacağını bilir və bu həqiqətə görə yaşayır. Hər şeyin ALLAHın diləməsiylə reallaşdığının, Onun diləməsi xaricində bir yarpağın da düşməyəcəyini dərk edir . Baxdığı hər nöqtədə ALLAHı görür, Onu təsbeh edir və ucaldır. Qəlbi davamlı olaraq özünü yaradan və ona saysız nemətlər bəxş edən Rəbbimizlə bərabərdir, heç bir şey onu ALLAHı xatırlamaqdan uzaqlaşdırmaz. Nə edirsə etsin, hansı əməl ilə məşğul olursa olsun, diqqəti həmişə ALLAHda və Onun ayələrindədir. ALLAH Müsəlmanların bu xüsusiyyətlərini bir ayəsində bu şəkildə xəbər verir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da ALLAHı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran surəsi, 191)

Əlbəttə bu, ALLAHı çox sevən, Onun razılığını hər şeydən üstün tutan, Ondan lazımı qədər qorxan, dünyadan heç bir gözləməsi olmayıb yalnız ALLAHın razılığını axtaran, qəlbləri ALLAH eşqiylə dolu olanların xüsusiyyətidir. Və heç şübhə yoxdur ki bu, adamın tamamilə öz razılığıyla seçdiyi bir haldır, bilərək, istəyərək, zövqlə, eşqlə, dərin bir istəklə ALLAHın razılığını və axirəti seçməyin bir göstəricisidir. Kim ürəyini ALLAHa bağlayarsa, Ona yaxınlaşmaq, imanında bacardığı qədər dərinləşmək və axirətdə ALLAHın razılığına, rəhmətinə və cənnətinə çatmaq üçün səy göstərsə, ALLAH onu bu səyində müvəffəqiyyətli edəcək. ALLAH bir ayəsində bu vəziyyəti belə ifadə edir:

Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.(Şura surəsi, 20)

Teq: ALLAH

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 852 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı