Günün qoroskopu (19.06.2012)

Tarix: 24.12.2024, 15:10 Пожаловаться


QOÇLAR vacib danışıqlar aparmalıdırlar. Hesab edirsiniz ki, danışıqlara ciddi hazırlaşmısınız və onların gedişini irəlicədən görürsünüz. Yanılırsınız. Siz yalnız bildiyinizi bilirsiniz. Lakin bu, kifayət deyildir. Ən vacib faktlar danışıqların başlanmasına bircə dəqiqə qalmış üzə çıxacaqdır. Ehtiyatlı olun!

BUĞALAR zəkalarının imkanlarını lazımınca qiymətləndirmirlər. Əslində isə axsadıqları yeganə məsələ hiylə deyilən xüsusiyyətdən uzaq olmalarıdır. Arabir özünü xamlığa vurmağı da bacarmaq lazımdır. Bunun müqabilində isə siz hər addımınızı ölçüb-biçməyə və düşündüklərinizi hər küçədən keçənlə bölüşməyə çalışırsınız. Gələn həftə susmağınız məsləhətdir. Bəzən həyatın qarşınıza qoyduğu sualların cavabını bilməmək özü böyük xoşbəxtlikdir.

ƏKİZLƏRƏ astroloqlar xırda provokasiyalara getməməyi, tutduqları yoldan geri çəkilməməyi məsləhət görürlər. Başlıca məsələ qarşıya qoyduğunuz məqsəddən yayınmamaqdır. Biz həyata bitib-tükənməyən problemləri həll etmək üçün gəlməmişik. Yaxşı olar, gücünüzü prioritet məsələnin həllinə sərf edəsiniz. Bu halda uğur sizinlə olacaqdır.

XƏRÇƏNGLƏR labüd bir hadisənin əhəmiyyətini şişirtməməlidirlər, lakin qarşıdan gələn hadisələrdən də qorxub-çəkinməməlidirlər. Ulduzların düzümü göstərir ki, karyeranızda dönüş mərhələsinə yaxınlaşırsınız. Nəticə məşum da ola bilər, lakin sizin üçün mütləq qənaətbəxş olacaqdır.

ŞİRLƏR uğura həddindən artıq bel bağlamamalıdırlar. Hansısa iş alınmırsa, fasilə verib, yaxşı-yaxşı düşünməlisiniz. Bu həftə üstünlüyünüz sakit və təmkinli olmaqdır. Başqa cür davranmaq sizə yalnız başağrısı gətirər. Ətrafınızdakı insanlar və potensial tərəfdaşlarınız inadkarlığınızı qeyri-sağlam hərəkət kimi qiymətləndirə bilər. Özünüzə "STOP” deyin. Onda müvəffəqiyyət özü öz ayağı ilə gələcəkdir.

QIZLARA bu həftə qeyri-mümkün iş məfhumu yad olacaqdır. Sizə bəxş olunan imkanlar astroloqları da heyrətləndirir. Sizə başqalarını inandıra bilmək vergisi veriləcəkdir. İnsanları yola gətirib inandırmaq üçün ağzınızı açmaq kifayət edəcəkdir. Bu imkandan maksimum istifadə edin. Belə bir istedadın neçə müddət sizinlə olacağını irəlicədən heç kəs söyləyə bilməz.

TƏRƏZİLƏR, ürəyinizdən keçənlər nə üçün də dönüb həqiqət olmasın. Yadda saxlayın ki, insanlar bəzən maraqlarına cavab verən ən adi cəfəngiyata inanmağa meyillidirlər. Onların bu sadəlövhlüyündən biznesdə istifadə etməmək günahdır. Unutmayın ki, biznesdə həqiqi dost olmur. Bundan ötrü vicdan əzabı çəkməyin də bir mənası yoxdur.

ƏQRƏBLƏR işdə yaranan mürəkkəb vəziyyəti hələ ki sağlam qiymətləndirə bilmirlər. Sadəcə, indiyədək belə bir vəziyyətlə üzləşməmisiniz və necə hərəkət edəcəyinizi bilmirsiniz. Hər şey çox sadədir: daha çox öz instinktlərinizə etibar edin, intuisiya ilə hərəkət edin. Onda müşkül saydığınız problem öz-özünə həll olunacaqdır.

OXATANLAR, unutmayın ki, boşboğazlığın dəyəri bir qəpikdir, məsləhətlər isə ondan da ucuzdur. Məsləhət vermək həvəskarlarını başa düşmək olar. Onlar nəticəyə cavabdeh deyillər. Odur ki, kimdən məsləhət və tövsiyə aldığınız barədə özünüzə hesabat verin. "Danışmaq gümüşdürsə, susmaq qızıldır” kəlamını sırğa edib qulağınızdan asın.

OĞLAQLAR son dərəcə çətin bir vəziyyətə düşüblər. Qarşıdakı maneəni var gücünüzlə dəf etməkdənsə, ondan yan keçmək daha məqsədəuyğundur. Əsassız məğrurluq və bədbinlik yalnız ziyan vura bilər. Kömək üçün etibar etdiyiniz insana müraciət edin. İkilikdə yaranmış vəziyyət daha yüngül təsir bağışlayacaqdır. Nəticə isə sizi heyrətləndirəcəkdir.

DOLÇALAR illər boyu topladıqları zəngin təcrübələrindən istifadə etsələr, bəzi məsələləri asanlıqla həll edəcəklər. Lakin elə qəbildən məsələlər vardır ki, onlarla məşğul olmaq çox yorucudur. Sadəcə, ucundan tutub ucuzluğa getməməyə çalışın. Ola bilsin, illər keçdikcə işlə bağlı çevikliyinizi və qıvraqlığınızı itirmisiniz və müəyyən problemlərin həllini qeyri-mümkün sayırsınız. Məgər belə deyil?

BALIQLAR bu həftə hər bir işin öhdəsindən gəlmək iqtidarındadırlar. Sağlam düşüncə, inadkarlıq və məsələlərə müsbət baxış müvəffəqiyyət qazanmağın rəhni olacaqdır. Mühakiməli və təmkinli olmağınız sizi vəziyyətdən çıxaracaqdır. Bu həftə hiddət, qətiyyətsizlik və qorxu kimi hissləri özünüzdən uzaqlaşdırmalı, yalnız və yalnız uğur mələyini axtarmaqla məşğul olmalısınız.

Teq: Burcler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Bürclər Baxış Sayı: 787 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Yazdı: Angel
19.06.2012, 15:51 1 52

ƏQRƏBLƏR işdə yaranan mürəkkəb vəziyyəti hələ ki sağlam qiymətləndirə bilmirlər. Sadəcə, indiyədək belə bir vəziyyətlə üzləşməmisiniz və necə hərəkət edəcəyinizi bilmirsiniz. Hər şey çox sadədir: daha çox öz instinktlərinizə etibar edin, intuisiya ilə hərəkət edin. Onda müşkül saydığınız problem öz-özünə həll olunacaqdır.

Tewekkurler....

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı