Sakit və ahəngli, lakin o qədər də çox şey vəd etməyən gündür. Möhtəşəm planlar qurmağa dəyməz: ikinci dərəcəli işləri həqiqətən vacib olanlar naminə təxirə salmağa hazır olun. Şəxsi intizamla bağlı ciddi problem yarana bilər. Hətta ən mütəşəkkil və ciddi adamların da yelbeyinliyə və tənbəlliyə yol verməsi mümkündür. Günə dostluq görüşü ilə başlamaq olar. Amma romantik görüşlər istənilən kimi keçməyəcək. Yeni tanışlarla, hətta, onlar çox cazibədar olsalar belə, yaxınlaşmağa tələsməyin. Qoç - Ehtiyatsızsınız. Bu üzdən ciddi problemlər yarana bilər. Səfərlərdə xoşagəlməz hadisələr mümkündür. Sənəd və ya pul itkisi də istisna deyil. Çətin işlərlə məşğul olmaq məsləhət deyil. Ən yaxşısı cari məsələlərin həllidir. Mağazalardan uzaq durmaq tövsiyə olunur: uğursuz bazarlıq ehtimalı böyükdür. Yaxınınız heç də həmişə sizi dəstəkləmir və alqışlamır. Lakin bu, sizə lazım olanı etməyə mane olmur. Romantik münasibətlərdə problemlər yarana bilər. Bu problemlərin böyüyüb-böyüməməsi sizdən asılıdır. Buğa - Hamıya çox tez inanmayın. Bu gün intuisiyanız yanıa bilər. Bu, daha çox, ünvanınıza komplimentlərdə xəsislik etməyən yeni tanışlara aiddir. Bürcün bəzi nümayəndələri yalnız ən yaxın adamları ilə təmasa üstünlük verməklə özlərini təhlükədən sığortalamış olacaqlar. Həyat potensialı yüksək olsa da, həddindən artıq işləməmək məsləhətdir. Artıq yük xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olar. Amma xoşagələn aadmların əhatəsində istirahət həm fiziki, həm də mənəvi baxımdan faydalıdır. Əkizlər - Uğur şanslarınız çox yüksəkdir. Az iş qalır – vacib qələbələri məhz hansı sahədə qazanmağı müəyyənləşdirmək lazımdır. Düzgün seçimi bir neçə uğursuz cəhddən sonra edəcəyiniz istisna deyil. Amma bu uğursuz cəhdlər sizi məyus etməyəcək və ruhdan salmayacaq. Bir qədər səbr və üzüyolalıq sevdiyiniz şəxslə münasibətlərinizə son vaxtlar kölgə salan fikir ayrılıqları aradan qaldırmağa kifayətdir. Sizi çoxdandır narahat edən çətin məsələnin həlli də mümkün olacaq. Qoy, cavab tam istədiyiniz kimi olmasın. Amma nöqtə qoyulması ilə həyat daha da asanlaşacaq. Xərçəng - Hadisələri tələsdirməyin. Nə qədər səbrli olsanız, bu birmənalı olmayan gün daha yaxşı keçəcək. Səfərlər xüsusilə günün birinci yarısında ehtiyatlılıq tələb edir. Əgər uzun səyahətə hazırlaşırsınızsa, təşkilati məsələlərin həllinə tam ciddi yanaşın. Vacib sənədləri və pul itirilməsi və ya unudulması təhlükəsi var. Yaxınlarınız sizi diqqət və qayğı ilə əhatə edəcəklər. Bəzən böyük şövqlə qeydinizə qalacaqlar və bu, sizə artıq gələcək. Müqavimət göstərməyə cəhd etməyin. Öz müstəqilliyinizi isbat etmək cəhdləri münaqişədən başqa heç nəyə gətirməyəcək. Şir - Günün maraqlı və xoş hadisələrlə zəngin olmasını istərdiniz. Amma fövqəladə və mühüm nəsə gösləmək əbəsdir. Əslində, hadisələr ardıcıl şəkildə inkişaf edir. Əgər onların gedişini dəyişməyə çox səy göstərsəniz, bu, yaxşı heç nə verməyəcək. Gün ev işləri, təmir, mənzilin yenidən qurulması üçün münasibdir. Günün ikinci yarısında gözləniliməz görüş dəvəti ala bilərsiniz. Görüş o qədər də romantik keçməyəcək. Qız - Hər hansı irimiqyaslı layihələrə başlamağa dəyməz. Bu gün xırda gündəlik işlər üçün münasibdir. İri bazarlıqlar məsləhət deyil. Zərgərlik və əntiq əşyalar mağazalarına getməyin – onlarda şirnikləndirmələr olduqca çoxdur. Ondan ayrılmağın sizin üçün asan olmadığı insan qəfildən özünü xatırladacaq. Onunla münasibətləri yenidən qurmağa dəyib-dəymədiyini düşünün. Əgər bütün incikliklər və ağrıları keçmişdə qoymusunuzsa, bunu etmək olar. Tərəzi - Əgər səhərdə nikbinliyə köklənsəniz, ulduzlar sizə müsbət emosiyalar bəxş edəcək. Amma bədbəxtlikdən bu, bütün Tərəzilərə qismət olmayacaq. Bürcün bir çox nümayəndələrini qaranlıq fikirlər narahat edir. Özünüzdə yeni günə sevinmək üçün güc tapın. Buna gimnastika, dadlı səhər yeməyi, aromaterapiya və sadəcə olaraq sevdiyiniz adamı öpmək kömək edə bilər. Bu gün tanış olmayan, amma romantik yerləri gəzmək üçün əlverişlidir. Evdən tək çıxırsınız? Neyləməli, maraqlı tanışlıq şansı var. Əqrəb - Siz öz güc və imkanlarınızı olduğundan yüksək qiymətləndirməyə meyllisiniz. Bu, naqolay vəziyyətlərə səbəb olur. Təslim olmayın: qarşınızda çoxlu imkanlar yaranacaq. Sizə düşən bunu hiss etmək və vəziyyətə vaxtında uyğunlaşmaqdır. Yaxınlarınızla tez-tez mübahisə edirsiniz. Bununla belə, diskussiyalar konstruktiv keçəcək və hər kəsi təmin edən qərarın qəbulu ilə yekunlaşacaq. Bu gün hansısa ciddi məsələləri sevdiyinizlə müzakirə etmək üçün münasibdir. Oxatan - İstənilən yaradıcılıq fəaliyyəti, idmanla məşğul olmaq, təmiz havada istirahət üçün əlverişli gündür. Özünüzü gümrah və şən hiss edəcəksiniz, yanınızda heç kim darıxmayacaq. Başqalarının işləri ilə o qədər məşğul olursunuz ki, özünüzünkülərə vaxtınız qalmır. Amma bu hal sizi çox da məyus etməyəcək: çünki ətrafdakıların sevincini öz sevinciniz kimi qəbul edirsiniz. Oğlaq - Əvvəlcədən götürdüyünüz istiqamət üzrə hərəkəti davam etdirin. Köhnə ideyaların həyata keçirilməsi üçün münasib gün gəlib çatıb. Əvvəllər tənqid edənlər də bu gün həmin ideyaları dəstəkləyəcəklər. Yeni təkliflərə münasibətdə ehtiyatlı olun. "Hə” və "yox”ları müqayisə etmədən onları qəbul etməyin. Yaxınınızı incidə biləcək, sizin hisslərinizdən şübhələnməyən vadar edəcək hərəkətlərdən uzaq durun. Dəyər verdiyiniz romantik münasibətlər ehtiyalı yanaşma tələb edir. Dolça - Gün kifayət qədər yorucu və çətin olacaq. Xeyli məsələləri həll etməlisiniz. Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Maliyyə, mülk və ya gələcək planlarla bağlı müzakirələrdə yekdil fikrə gəlmək çox çətindir. Valideynləriniz və ya digər yaşlı qohumlarınızla küsülülüklər ola bilər. Sizə elə gələcək ki, onlar mənfi əhval-ruhiyyədədirlər. Sevdiyiniz adamla vaxtınızı xoş keçirədəksiniz. İstənilən ümumi iş yaxınlaşdırır və münasibətlərin möhkəmlənməsinə yardım edir. Balıqlar - Vacib işləri günün birinci yarısına planlaşdırır: bu vaxt həyat potensialı yüksək, sizin ovqatınız isə yaxşı olacaq. Dostluq görüşləri pis keçməyəcək. Əgər həmkarlarınızla qeyri-formal şəraitdə ünsiyyətə üstünlük verirsinizsə, işlə bağlı məsələləri müzakirə edə və hansısa ümumi problemin həllini tapa bilərsiniz. Mətbəxdə eksperimentlər məsləhət deyil: zəhərlənmə təhlükəsi var, qida allergiyası da istisna deyil. Tanışlıqlarda götür-qoy vacibdir: siz ilk dəfə gördüyünüz adamla çox tez inanırsınız.