Yeni nəsil Mazda CX-5

Tarix: 24.12.2024, 08:50 Пожаловаться


Yeni Mazda CX-5 – təkmilləşdirilmiş dinamika, yüngül və təhlükəsiz! 

Mazda CX-5 – özündə SKYACTIV innovativ texnologiyasını və "KODO – hərəkətin ruhu” adlı yeni dizayn dilini təcəssüm etdirən yeni nəsil ilk seriya avtomobilidir. Bu modeldə cazibədar qiymətə idarə etmədən alınan həzz, təhlükəsizliyin və etibarlılığın yüksək səviyyəsi müstəsna şəkildə birləşdirilir. 

Bu modelin hazırlanması zamanı  təhlükəsizliyə və yanacağa qənaətə zərər vurmadan, dizayna, idarə etmənin rahatlığına və əlverişliliyinə xüsusi diqqət yetirilmişdir. 

Kuzovun ön hissəsinin tinli xətləri və radiatorun idman üslublu şəbəkəsi, eləcə də dinamik "Mazda qanadı” "KODO – hərəkətin ruhu” dizaynının fəlsəfəsini əks etdirərək özündə Mazda CX-5-in mahiyyətini formalaşdıran qüvvəti, davamlılığı və gücü birləşdirir. 

Bu krossoverin dizaynerləri enerjiliyi və çevikliyi birləşdirən parlaq obraz yaradarkən gepardın rəvan hərəkətlərindən ilham almışlar.  Kuzovun aerodinamik dizaynı və qaldırılmış arxa hissəsi sayəsində avtomobil önə əyilmiş və həmləyə hazırlaşan gepardı xatırladır. Bu avtomobildə üslub funksionallıqla birləşdirilmişdir. Həmlə etməyə hazırlaşan Gepardı xatırladan kuzovun forması sürücü üçün çox gözəl görüntü sahəsini təmin edir. 

Avtomobilin güclü arxa hissəsi cəld gepardın əzələli ayaqlarını xatırladır və dözümlülüklə assosiasiya yaradır. Avtomobilin damındakı köpək balığının üzgəci formasındakı antena Mazda CX-5 modelini digər krossoverlərdən fәrqlәndirәrәk ona mötəbərlik və zəriflik bəxş edir. Belə antena Mazda CX-5 seriyalı bütün avtomobillərdə quraşdırılır.  


Forbaku.net


Teq: Mazda

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Avto Dünya Baxış Sayı: 871 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı