2012-nin ən sürətli avtomobilləri - TOP 10
2012-ci ilin ən çevik avtomobilləri bəlli olub.
Lent.az-ın "gentside.com” saytına istinadla xəbərinə görə, siyahıda yer alan 10 modelin hamısı Avropa və ABŞ-da istehsal olunub(nur).
Onuncu yerdə 2 model qərar tutub: "Ascari A10” və "Pagani Zonda F”. İngiltərədə istehsal edilən "Ascari A10”un 600 at gücü mühərriki 100 km/saata cəmi 2.8 saniyəyə çatmağa imkan verir. Maksimal sürət 350 km/saatdır.
Eyni yerdə qərar tutan "Pagani Zonda F”in maksimal sürəti 347 km/saatdır.
Doqquzuncu yerdə "Lamborghini Aventador”, "Pagani Zonda Cinque Roadster”, "Ferrari Enzo” və "Jaguar XJ220” modelləri qərar tutub. Bu modellərin maksimal sürəti 350 km/saatdır və 100 km/saata maksimum 3.5 saniyəyə çata bilir.
Səkkizinci yerdə qərar tutan "Noble M600” modelinin maksimal sürəti 362 km/saatdır, və 100 km/saata 3 saniyəyə çata bilir.
Yeddinci yerin sahibi "Gumpert Apollo” maksimal sürəti 360 km/saatdır, və 100 km/saata 3 saniyədən az vaxta çata bilir.
Altıncı yerdə rallilərdən tanıdığımız "McLaren F1” modeli gəlir. Bu modelin maksimal sürəti 386 km/saatdır və 100 km/saata 3.5 saniyəyə çata bilir.
Beşinci yerin sahibi "Koenigsegg CCX”nin maksimal sürəti 395 km/saatdır və 100 km/saata 3.2 saniyəyə çata bilir.
Dördüncü yer isə "Saleen S7 Twin-Turbo” modelinə aiddir. Maksimal sürəti 418 km/saat olan avtomobil 100 km/saata 2.8 saniyəyə çata bilir.
Üçüncü yerdə "SSC Ultimate Aero” modeli qərar tutub. ABŞ-ın "Shelby Super Cars” firmasının "Bugatti Veyron”a rəqib kimi hazırladığı bu modelin maksimal sürəti 412 km/saat olan avtomobil 100 km/saata 2.8 saniyəyə çata bilir.
İkinci yeri 2 model bölüşür. "Hennessey Venom GT” və "Koenigsegg Agera R”. Birinci modelin maksimal sürəti 440, digərininki 448 km/saatdır. Birinci model 100 km/saata 2.5, digəri isə 2.1 saniyəyə çata bilir.
Nəhayət birinci yerin sahibi ötən ol olduğu kimi "Bugatti Veyron Super Sport” tutur. Maksimal sürəti 431 km/saat olan bu modelin qalib seçilməsinin səbəbi isə onun artıq satışda olmasıdır. "Hennessey Venom GT” və "Koenigsegg Agera R” modelləri Bugattidən sürətli olsalar da satışa çıxmadığı üçün birincilik əldə edə bilməyib.
Ümumilikdə cədvəl tərtib edilərkən avtomobilin maksimal sürəti ilə yanaşı mühərrik gücü və istehsalın hansı mərhələdə olması (layihə, sınaq, satış və s) da nəzərə alınıb. Buna görə də, siyahı ilk baxışda çaşqınlıq yaradır.
Mövzuya Oxşar Xəbərlər:
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Sorğu
TOP Xəbərlər
Düşündürücü və maraqlı suallar. :) |
Hansı bürc hansı bürclə necə yola gedir |
Novruz Bayramı mesajları |
Facebook-da yazılan ən maraqlı statuslar |
Bakı mağazalarında ziyafət paltarları neçəyədir? - FOTOSESSİYA |
Eurovision Song Contest (2012 Full Albom) |
Sevgi haqqında Aforizmler... |
Intihar barede 25 maraqli melumat |
Aire Barcelona 2013 gelinlik koleksiyonu |
Sualti Qədeşlər - Shark Tale (Azərbaycanca dublyaj) |
Radiolar
Azəri radiolar
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
İctimai Radio | Lider Radio
Aztv Radio | Media FM
Türk Radiolar
Radio Viva | Burc FM
Power FM | Süper FM
Digər Radioalar
Love Music | Euro Dance DI FM
Soundtracks | Top Hits Music
Sayğac
Facebook Səhifəmiz
Full Albomlar (2012)
Hava Haqqında