Dahilərin dilindən

Tarix: 24.12.2024, 16:18 Пожаловаться
İnsan ancaq ürəyiylə baxdığı zaman gerçəyi görə bilər. Exupery

***
İnsan diliylə deyil, etdiyi işlərlə danışmalıdır. Stehr

***
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanarlar. Napoleon

***
Başqası yıxılanda "çürük taxtaya basmasaydı" deyərik. Özümüz yıxılnca, basdığımız taxtanın çürük olmasından şikayət edərik. Cənab Şahabettin

***
Başqasından üstün olmamız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmamızdır. Hind Atalar sözü

***
Məndə1 yumurta var, səndə 1 yumurta var. Mən sənə 1 yumurta versəm, sən mənə bir yumurta versənsə, məndə 1 yumurta səndə 1 yumurta olar. Məndə 1 məlumat var, səndə 1 məlumat var. Mən sənə 1 məlumat versəm, sən mənə 1 məlumat versənsə, məndə 2 məlumat, səndə də 2 məlumat olar. Konfutsi

***
Ağıllı görünmə səyi, çox vaxt ağıllı olmağı mane olar. La Rochefoucauld

***
Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur. Mark Twain

***
Ağıllı adam ağılını istifadə edər. Daha ağıllı adam başqalarının da ağılını istifadə edər. Bernard Shaw

***
Ağıllı kimsənin dili ürəyindədir. Düşünərək söyləyər. Həzrəti Əli (ə)

***
İstər kral, istər kəndli olsun, dünyada ən xoşbəxt insan evində dinclik olandır. Goethe

***
İnsanın şərəfiylə yaşaya bilməsi üçün ən qısa və ən əmin yol, olduğu kimi görünməkdir. Sokrat

***
Ağıllı danışar, çünki onun söyləmək istədikləri var; axmaq danışar, çünki özün bir şeylər söyləmək məcburiyyətində olduğunu düşünər. Plato

***
Ağılın gözəlliyi dil ilə, dilin gözəlliyi söz ilə, adamın gözəlliyi üz ilə,üzün gözəlliyi göz ilə müəyyən olar. Yusuf Has Hacip

***
Alqış zəiflərin məqsədi və sonudur. Colton

***
Alqışı ən səssiz qarşılayan, alqışı layiq olmuş deməkdir. Emerson

***
Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır. Andre Gide

***
Axmağın sevgisi, ayının sevgisidir; kini sevgidir, sevgisi kindir. Mövlana

***
Ayaq üstdə ölmək, dizi üstdə yaşamaqdan daha yaxşıdır. Vaşinqton

***
Mənə "Səni anlamıram" deməyin layiq olmadığım bir tərif, lakin sənin də layiq olmadığın bir söyüşdür. Halil Cibran

***
Müvəffəqiyyətlərini gizləmək, ən böyük müvəffəqiyyətdir. La Rochefoucauld

***
Müvəffəqiyyətin sirri , məşğul olduqun mövzuya hakim olmaqdır. Benjamin Disraeli

***
Başqalarını həmişə bağışla, özünü heç bağışlama. Syrus

***
Məlumat bir işıq kimidir. Onu istifadə etsəniz daha parlaq olar, istifadə etməsəniz sönər. Aleksandr Everett

***
Ümidini itirmiş olanın başqa itirəcək bir şeyi yoxdur. Bois



Ən yaxşı süd ana südüdür.O,hamını qidalandırır - böyüdür.Birbal

***
Məhəbbət - həyatın musiqisdir.R.Broun

***
Müəllimin evi kitabxanadır,dövləti kiçik şagirdlər,sazı və nəğməsi şagirdlərin səadı,qazancı isə millətin məhəbbət və ehtiramıdır.S.M.Qənizadə

***
Ana olmasa nə şair olar,nə də qəhrəman.M.Qorki

***
Hörmət hissindən məhrum olan məhəbbət çox davam etməz və yüksəlməz.A.Düma

***
Adam özünə dost seç bilər,arvad seçə bilər.Lakin ananı seçmək olmaz.Ana birdir.Onu sevərlər çünki o anadır.İ.Q.Erenburq

***
O adamın nəsihəti düz ola bilər ki,əməli dedikləri ilə uyğun gəlsin.M.Əvhədi

***
Vəfalı arvadın heç qiyməti yox,
Vəfasız olsa batsın gözünə ox.M.Xalxali

***
İki halda insanın özünü idarə etməsi çətin olur:ehtirasa qapılan və ağılsız adamla danışan zaman.Əbül Fərəc

***
Hər yaranın sağalmasına ümid etmək olar,lakin namus yarası sağalmır.Ərəb atalar sözü

***
Ümiş qızıl kimidir,heç bir mühitdə paslanmaz.Ümid almaz kimidir,onu heç nə kəsə bilməz.Demokrit

***
Dünyada ən çətin şey insanın özünü dərk etməsi və öz fikirlərini gizlətməyi bacarmasıdır.İ.Disken

***
Şöhrət - uça qayadır,ilan oraya sürünə-sürünə,qartal isə bir dəfə qanad çalmaqla çıxır.A.Kunanbayev

***
Qarşılıqlı mehribançılıq nə qədər çox olsa,o qədər məhəbbət artar."Kəlilə və Dimnə"dən

***
Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq,məğlub ikən zəfər təbili çalmaq kimi bir işdir.Qabusnamədən

***
Başqasını izləyənə qabaqda gedən deməzlər.B.Mikelancelo

***
Paxıl ölürsə də,paxıllıq heç vaxt ölmür.J.B.Molyer

***
Hər yanğını söndürən tapılar,lakin paxıllıq odunu söndürmək olmaz.Ərəb atalar sözü

Teq: aforizm

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Aforizmlər Baxış Sayı: 3085 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı