Lətifələr

Tarix: 25.04.2024, 14:11 Пожаловаться


İndi deyər ki, paltar da mənimdir

Molla hər səhər јuxudan duranda dua edib min qızıl istəyərmiş.
— Əgər doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyərmiş.
Mollanın varlı qonşusu bununla maraqlanır. Kisənin içinə doqquz yüz doxsan doqquz qızıl qoyub, bir səһər Molla dua edərkən bacadan içəri buraxır. Molla, duasının qəbul olunduğunu görüb bacadan düşən qızılları sayır. Görür ki, bir qızıl əskikdir. Heç halını dəyişməyib deyir:
— Doqquz yüz doxsan doqquzunu verən birini də verər.
Qızılları yığışdırır. Mollanın bu hərəkətini görən qonşu tez damdan aşağı enib onun yanına gəlir:
— Molla, bizim qızılları ver görək.
— Dəli olmamısan ki!.. Məndən nə qızıl istəyirsən?
— Sənin hər səhər dua elədiyini görüb sözünün üstündə dayanıb-dayanmadığını bilmək üçün qızılları bacadan mən atdım.
Məsələ uzanır. Axırda qonşu deyir:
— Elə isə gedək məhkəməyə.
— Mən məhkəmədən qaçmıram. Ancaq piyada gedə bilmərəm. Mənim üçün yaxşı bir qatır gətir.
Qonşu, Molla üçün yaxşı bir qatır gətirir. Molla bu dəfə də:
— Mənim paltarım köhnədir. Məhkəməyə bu çür gedə bilmərəm, — deyir.
Qonşu, Mollanı məhkəməyə aparmaq üçün gedib bir yaxşı paltar gətirir.
Molla paltarı keyib qatırı minir və gedir.
Məhkəmədə qonşu, məsələni danışıb qızılları istəyir. Molladan soruşurlar:
— Molla, sən nə deyirsən?
— Soruşun ki, mənə əli ilə qızıl verib?
Qonşu təkrar məsələni danışıb Mollanı sınamaq istədiyini deyir. Molla:
— Ehtimal, mən pullarımı sayanda bu bilib, onu məndən almaq istəyir. Doğrusu bunlar elə adamlardır, indi deyər ki, «bayırdakı qatır da mənimdir».
Qonşu özünü itirib:
— Əlbəttə... əlbəttə mənimdir! — deyir.
— Gördünüz... İndi deyər ki, əynindəki paltar da mənimdir.
— Əlbəttə, əlbəttə mənimdir!
Məhkəmə sədri qonşunun «mənimdir, mənimdir» deməyini görüb Mollanı aldatmaq istədiyinə inanır və o adamı qovlayır.

Bir yoxsul kişi bir parça çörək tapır; onunla yeməyə bir şey axtara-axtara bir aşpaz dükanının qabağına gəlir. O görür ki, dükandan ət iyi gəlir. Yoxsul tez qazana yanaşıb çörəyini xörəyin buğuna tutub iştah ilə yeməyə başlayır. Yeyib qurtardıqdan sonra aşpaz, kişinin yaxasından yapışıb xörəyin pulunu istəyir.
Kişi nə qədər «mən sənin xörəyini yemədim», deyirsə də aşpaz əl çəkmir.
Aşpaz, yoxsul kişini darta-darta Mollanın yanına gətirib məsələni olduqu kimi ona danışır. Molla diqqətlə aşpaza qulaq asandan sonra cibindən bir ovuc pul çıxarıb aşpazı çağırır və deyir:
— Qulağını yaxın gətir.
Aşpaz qulağını Mollaya yaxınlaşdırdıqda Molla ovcundakı pulunu vingildədib deyir:
— Pulunun səsini al.
Aşpaz:
— Molla, səsin nəyini alım? Molla:
— Xörəyin buğunu satan, pulun da səsini alar.

TEZ OL, «HEÇ NƏYİNİ» GÖTÜR GET

Bir gün şəhər hakiminin yanına iki nəfər gəlib mübahisələrinin həll olunmasını istəyirlər. Hakim:
— Nə olubdur? — deyə soruşduqda onların biri deyir:
— Bu şəxs dalına odun yükləyib gəlirdi. Birdən ayağı sürüşüb yıxıldı; odunları dalından aşıb yerə düşdü. Bu vaxt, o məndən odunları yenidən dalına qaldırmağı xahiş etdi. Mən «Zəhmətimin əvəzində nə verəcəksən?» dedikdə, o, «heç nə» deyə cavab verdi. Mən razı olub odunları qaldırdım. Lakin «heç nəyi» vermədi. İndi mən «heç nəyimi» istəyirəm. Mənim haqqımı versin.
Hakim bu divanın həllini Molla Nəsrəddinə həvalə edir. Molla məsələni dinləyib:
— Oğlum, haqqındır, əlbəttə, nə deyibsə verməlidir, — deyir və oturduğu döşəyin kənarını göstərib soruşur:
— Gəl, oğlum, yanıma, döşəkçənin ucunu qaldır, gör orada nə var.
O adam döşəkçənin altına baxıb cavab verir:
— Heç nə...
— Tez ol «heç nəyini» götür get, — deyə Molla ona əmr edir.

KÖYNƏYİMİ VER, PALANINI VERİM

Bir gün Molla köynəyini çıxarıb eşşəyin üstünə qoyur və hovuza girib çimməyə başlayır. Qayıdanda köynəyinin oğurlandığını görür. O tez eşşəyin palanını götürüb deyir:
—Aşna, zarafat eləmə, köynəyimi ver, palanını verim.

İYİRMİ İKİSİ OLACAQDI

Bir gün Molla öz-özünə deyir:
—Mən bu ayın hesabını özüm saxlayacağam.
Hesab saxlamaq üçün Molla hər gün qazana bir noxud salır.
Mollanın qızı bunu görüb elə zənn edir ki, atası noxudu sevdiyi üçün qazana salır. O da ovucunu noxudla doldurub qazana tökür.
Bir gün Molladan ayın neçəsi olduğunu soruşurlar . Molla :
— Bir az səbir eləyin, bu saat deyərəm,—deyə dərhal evə gedir. Qazanda olan noxudları sayıb görür ki, yүz iyirmi iki dənədir.
Molla өz-өzünə fikirləşir: «Sözün düzünü desəm mənə «dəli» deyərlər». Onun üçün də gəlib bu cür cavab verir.
—Bu gün ayın altmış biridir.
Camaat gülüb deyir.
—Ay Molla! Bir ay otuz gündür; necə olur ki, bu gün ayın altmış biri olur?
Molla isə onlara bu cür cavab verir:
—Mən hələ insafla danışdım, əgər iş qazandakı noxudların hesabına qalsaydı, bu gün ayın yüz iyirmi ikisi olacaqdı.

YOXSA YUBANARIQ

Qonşu kənddə verilən bir ehsana Mollanı da də'vət edirlər. Molla ehsanda doyunca yeyir, qonaqlar dağılışandan sonra kəndlərinə gedən bir öküz arabasına minib evlərinə qayıtmaq istəyir. Molla arabanın içində arxası üstə uzanıb göyə baxır. Göydə sarışan topa-topa ulduzları görüb:
—Görəsən yenə göydə nə var ki, ulduzlar bir yerə toplaşıb?—deyə arabaçıdan soruşur.
—Molla, deyəsən orada da ehsan verirlər,—deyə arabaçı cavab verir.
Molla tez deyir:
—Başına dönüm, tez ol, öküzlərin başını döndər göyə, yoxsa yubanarıq.

BİLƏNLƏR BİLMƏYƏNLƏRƏ ÖYRƏTSİN

Molla Nəsrəddin bir gün məscidə gəlib deyir:
—Camaat, bilirsiniz nə var? —Yox, bilmirik.
— İndi ki, bilmirsiniz, mən sizə daha nə deyim,— deyərək Molla çıxıb gedir.
Yenə bir gün Molla məscidə gəlib həmin sözü soruşur. Camaat bu dəfə:
—Bilirik,—deyə cavab verir. Molla isə:
— İndi ki, bilirsiniz, daha mən nə deyim?—deyərək yenə də çıxıb gedir.
Molla üçüncü dəfə minbərə çıxıb əvvəlki sualını soruşduqda çamaat cavab verir ki:
— Yarımız bilirik, yarımız yox...
Molla bu cavabı eşidib heç halını pozmadan deyir:
— İndi ki, belədir, bilənlər bilməyənlərə öyrətsin.

BUNLAR ŞEY VERMƏYƏ DEYİL, ALMAĞA ÖYRƏNİBLƏR

Molla bir dəstə yoldaşı ilə gəzməyə gedir. Yeyib-içəndən sonra əllərini yumaq üçün böyük bir hovuzun üstə çıxırlar. İçlərində olan məhəllə mollalarının biri əlini yuyanda ayaғı süryşyb hovuza düşür. Ətrafdakılar nə qədər:
— Əlini mənə ver!—deyirlərsə, qulaq asmayıb suyun içində çapalayır.
Bu vaxt Molla Nəsrəddin gəlib:
— Çəkilin, mən bu saat onu çıxardım!—deyib əlini ona uzadaraq çağırır:
— Al əlimi!
O da həmin saat Molla Nəsrəddinin əlini tutub çıxır.
Molla Nəsrəddin ətrafdakılara deyir:
— Bunlar şey verməyə deyil, almağa өyrəniblər. Onun üçün də sizin sözünüzə heç qulaq asmazlar

Teq: Yumor

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Yumor Baxış Sayı: 1429 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı