Just smile

Tarix: 29.03.2024, 04:56 Пожаловаться


1. Bir gün bir oğlan dayanır tində, görür bir polis meymunla gedir. Oğlan deyir: İndidə itlə gəzirsən? Polis cavab verir ki: İt deyil, meymundu. Oğlan deyir: Sənlə deyiləm, meymundan soruşdum.

 

2. Bir kişi yol ilə gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyir çıxa bilmir, axırda öz özünə deyir:
- Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.


3. Nənə nəvəsini yatırtmaq üçün mahnı oxuyur. 1 saat.............. 2 saat.......... uşaq əsnəyərək soruşur: "Nənə, olar mən yatım? Yoxsa sən hələ oxumaq istəyirsən?


4. Bir gün bir kişi ölüm döşəyində olur. Arvadına üzünü çevirib deyir:
- Ay arvad, fikirləşirəm ki, ilk dəfə qəza keçirəndə sən mənim yanımda idin. Sonra iflas elədim, onda da yanımda idin. Sonra məni döydülər onda da yanımda idin.
Qadın qürurlanar və dinləməyə davam edər. Kişi:
- İndi də ölüm döşəyindəyəm və yenə yanımdasan. Sən nə uğursuz qadınsan eee.

5. Bir kişi inşaatda işləyərkən birdən aşağıdan səs gəlir:
- Vaqif, oğlun olub!
Kişi özünü itirib aşağı tullanır. Yerə düşərkən fikirləşir:
- Mən axı evli deyiləm! Mən evli deyiləmsə, oğlum da ola bilməz. Bir də ki, mənim adım heç Vaqifdir ki.


6. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim Afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur, onu necə öldürürlər?
- Xüsusi silahla.
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla.
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır, sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə???

7. Bir gün qarışqa filə qışqırır:
- Ay fil tez hovuzdan çıx!
- Niyə?
- Sənə dedim ki, hovuzdan çıx!
- Niyə çıxmalıyam eee?
- Mənim beynimi xarab eləmə çıx.
Fil hovuzdan çıxıb,deyir:
- Hə çıxdım nə olub?
- Hə indi gir. Elə bildim plafkimi sən geymisən!!!

8. Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə, dünənkini edəcəm.
Ayı qorxur, durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur:
- Dovşan qardaş, dünən neynəmişdiniz ki?
- Heç nə, ayaq üstə getmişdim

9. Bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır.. Birdən qabağına timsah çıxır. Ağzını yekə açıb soruşur:
- Noolub eee, səsin-küyün bürüyüb meşəni?
Qarışqa cavab verir:
- Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə, onu öldürürlər.
Timsah ağzını balacalaşdırıb deyir:
- Di, sən öl.

10. Bir əsgər olur. Bir gün arı yeşiyinə baxanda gözünü birini arı vurur.
Komandir gəlib rusca soruşur ki,
- nə olub?
Oğlanda rusca bilmədiyi üçün deyir:
- Balşoy yeşik malinki deşik arı vız-vız qlaza dız-dız xD




Teq: SMILE

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Yumor Baxış Sayı: 1753 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı