Gülüş ömrü uzadır =) [Lətifələr]

Tarix: 09.05.2024, 03:22 Пожаловаться


Bir qocanının tilovuna yenə qızıl balıq düşür.
Qoca:
-Maşın, ev istəyirəm.
Balıq:
-Seçin. Kreditlə, yoxsa lizinqlə ?
-Onda sən də seç. Bitki yağında, yoxsa kərə yağında? =))

♠♠♠

Hitler bir falçının yanına gedib nə vaxt öləcəyini soruşur.
Falçı onun yəhudilərin bayram etdikləri gün öləcəyini söyləyir.
Hitler:
-Nəyə görə bunu belə arxayın söyləyirsiniz ?
Falçı:
-Hansı gün ölürsünüz ölün, o gün yəhudilər bayram edəcəklər=)))

♠♠♠

Bir qoca qadın avtobusa minir. Görür ki, bütün yerlər tutulub.
Heç kim də öz yerini ona təklif etmir.
-Yəni bu ölkədə görəsən bir centlimen qalmayıb ? – deyə o dərindən nəfəs alır.
Bir nəfər:- Centlmen istədiyin qədər var, nənəcan amma yer yoxdur=))

♠♠♠

Bir gün biri çıxır söyüd ağacına
-Dostu Deyir: Hara çıxırsan?
- Armud Yeməyə
Dostu Deyir: -Axı bu söyüd ağacıdır
-Deyir Nə olsun Armud Cibimdədi=)))

♠♠♠

Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-Sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur: Necə? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: "Cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir ".
Polis çaşqınlıqla soruşur: necə? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir: " Mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: " ayə qağa, nə oldu post qayını keçmədik ?=)))

♠♠♠

Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra aftobus xarab olur. Sürücü düşüb aftobusu düzəldəndə bir oğlan gəlir deyir:
Dayı mən billrəm avtobusa nə olub.
Sürücü deyir: Get başımdan.
Sonra uşaq yenə gəlir deyir: Mən billirəm axı.
Sürücü deyir: Ay bala sənə deyirəm get başımdan. Uşaq yenə gələndə deyir mən bilirəm nə olub avtobusa.
Sürücü deyir: hə nə olub? Deyir ki, avtobus xarab olub=))

♠♠♠

Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar:
- Su, tez olun. Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur: - Qaynanmışdı? =)))

♠♠♠

İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
Biri o birindən soruşur: necə yazdın?
Cavab verir: boş vərəq verdim. Bəs sən?
Mən də heç nə yazmadım boş vərəq verdim.
O biri deyir: onda elə biliceylər köçürmüşük =)))

♠♠♠

Bir gün dovşan meşənin içi ilə gedərkən, yolunun üstündə şirin uzandığını görür. Qorxu və həyəcan içində şirə yaxınlaşıb deyir:
-Olar üstündən keçim gedim?
Şir deyir: - Olar.
Gün ərzində 4-5 dəfə belə edən dovşanın yolu yenidən ordan düşür. Dovşan yenə yaxınlaşıb qorxa-qorxa soruşur:
-Olar üstündən keçim gedim?
Şir deyir: - Nə istəyirsən ee məndən? Görmürsən ayağım tələyə düşüb dura bilmirəm? Keç get dəə...
Dovşan cavab verir: - Nə deyirsən əə?? Özü də bilirsən nə var qışqırma üstümə!=)))

♠♠♠

Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür. Dostu yaxınlaşıb soruşur?
- Nəyə gülürsən?- Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Ama bu dəfəkini heç eşitməmişdim=)))

♠♠♠

Dəlinin biri o birisinə deyirki get hasara bax gör hündürdüsə yer qazaq altindan kecək balacadisa üstündən tullanaq..O biri gedib baxib qayidir o birinə deyirki:
-Qaça bilmiyeciyik !!!
O biri dəli soruşurki: -niyə ?
Cavab verirki: -Hasar yoxdu=)))

♠♠♠

Bir gün qaşıq deyir mən burda çox adamlar yedirtmişəm.
Birdən çəngəl qışqırır: mən də, mən də.
Qaşıq deyir:
Sən sus !! Mırıq ! Nəslimizin adını batırmısan=))

♠♠♠

Biri gedir bazara, balıq almaq istəyir. Baxir görür ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir: -Pavarotda tutmuşam=)))

♠♠♠

Bir nəfər yolnan gedərkən görür çayın qırağında bir dənə qızıl balıq çabalayır yaxınlaşır balığa. Balığ deyir məni at çaya sənin 3 arzunu reallaşdıracam. Nəsə balığı atır çaya balıq deyir nə istəyirsən? Deyir 07 - bidənə 07 hazır olur, deyir o biri arzun nədi? yenə deyir 07 - bidənə də 07 hazır olur, deyir o biri arzun nədi? yenə deyir 07 - bidənə də 07 hazır olur. Balıq kişidən soruşur sən bu qədər 07ni neyniyirsən?
Kişi deyir satib ceşqa alacam =))))


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Yumor Baxış Sayı: 1374 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı