Gülməli yazılar =)

Tarix: 20.05.2024, 00:58 Пожаловаться


Sevgilim nə sayırsan?
- Ulduz
- Əzizim, bunlar ulduz deyileee, bunlaar Bakcell`in Baza Stansiyalarıdı!

***

Qolunu dişləyərək qol saatı düzəldə bilirsənsə, indi divarı dişləyib divar saatı düzəlt görüm.

***

Bir adam arvadına avtomobilinin qapısını açırsa, əmin ola bilərsiniz ki, "Ya avtomobili yenidir, ya da arvadı".

***

Alimlər neçə il sonra qadınların nə istədiklərini tapdılar, amma qadınlar artıq fikirlərini dəyişdilər.

***

Mən gözəl və ağıllı bir qadınla ailə qurmaq istəyirəm, amma heyif ki, Azərbaycan Respublikasının qanunlarına görə eyni vaxtda 2 qadınla ailə qurmaq olmaz!

***

Daha - Anasına bax qızını al - demirlər.
Facebook`una bax qızı al deyirlər...

***

Qız var itə baxıb fikir eləyir..
İt var qıza baxıb şükür eləyir...

***

Səhv adama "səndən elektrik aldım" desən, Necə biri olduğunu sənə ödəmə qəbzi gəldikdən sonra anlarsan. =)))

***

İki Sevgili dəniz kənarında əyləşib söhbət edirlər..
Qız: Nə fikirləşirsən?
Oğlan: Sən fikirləşdiyini!
Qız: Tərbiyəsiz!

***

Oğlan sevdiyi qıza zəng edir. Telefonun dəstəyi götürülən kimi oğan deyir:
- Salam mənim dovşanım, maralım, ceyranım...
O biri tərəfdən bir cavab almadığı üçün soruşur:
- Mən kimlə danışıram?
Qızın atası:
- Meşəbəyi ilə

***

Oğlanla qız ulduzları seyr edirlər.
Oğlan:
- Aaa bax ulduz düşdü bir arzu tut.
Qız:
- Arzum budur tezliklə evlənək.
Oğlan:
- Aaa bax ulduz geri qayıtdı.

***

Yəqin ki, "Kinder Sürpriz" Azərbaycan istehsalı olsaydı, 100% içindən "Bəxtinizi bir daha sınayın" çıxardı.

***

Sevgilim səni çox sevirəm. Sən mənim gözümün işığısan. Qaranlıq günümün işıqlı çırağısan.
Sən mənim parlayan ulduzumsan, həyatıma girəndən işıq pulu vermirəm.

***

Qarşına biri çıxır bəyənirsən. Baxırsan, inanırsan, güvənirsən.
İnsanlığa gələndə isə görürsən ki, "MADE İN CHİNA"

***

Yaxınlaşdır dodağını dodağıma. Görüb, bir şey soruşan olsa "Ağzının payını verirdim" de.

***

Yolu keçəndə svetofora yox maşınlara baxın, indiyənə qədər svetofor heç kimi vurmayıb.

***

Əgər ağ fonda boz ləkələr görürsünüzsə, deməli manitorunuzu silmək vaxtı çatıb.

***

Oğlan: Biz ayrılmalıyıq.
Qız: Niyə? Qabaqdan 8 mart gəlir ona görə?
Oğlan: Yoxe. Qabaqdan Atan gəlir.

***

Oğlan qıza zəng vurur.
Oğlan: Mənimlə evlənərsən?!
Qız: Yox, hələ tezdi.
Oğlan: Oldu, onda birazdan zəng vuraram.

***

Ən yaxşı saç ustası yastığımdır. Hər səhər duranda görürəm ki, saçımı başqa stildə edib.

***

Həyat o qədər insafsızdır ki, hətta corab da öz tayını tapa bilmir.

***

Dünyanın 7 möcüzəsi varıymış. Yəni indi məndən 6 dənə də var? İnanmaram!

***

Əgər o səni sevirsə, onda bütün sənin hiylələrinə dözməyə başlayacaq. Fikirləşəcək: "Heç nə olmaz... Onsuz da arvadım olacaqsan, mən sənə göstərəcəyəm".

***

Əzizim,hər ana dünyaya gözəl uşaq gətirir
Amma mənim qaynanam daha gözəlin gətirmiş dünyaya ...

***

- Mənim sevgilim mobil telefon kimidir!
- Kiçik, müasir və lazımlı?
- Yox, elə deyil, o da nə vaxt ki, pulum qurtarır, mənimlə danışmır.

***

Deyirlər ki, bəzən həyatında nə isə dəyişdirmək lazımdır, buna görə də mən bu gün televizorda oturub divana baxacağam.

***

Mən pulu çox sevirəm! Amma bu sevgi qarşılıqlı deyil.

Teq: Yumor

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Yumor Baxış Sayı: 2335 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı