Yeni Windows 3 versiyada istehsal ediləcək

Tarix: 29.04.2024, 18:26 Пожаловаться


"Microsoft” korporasiyası yeni əməliyyat sisteminin üç əsas – "Windows 8”, "Windows 8 Pro” və "Windows RT” versiyasını buraxacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Windows 8” və "Windows 8 Pro” redaksiyaları x86 arxitekturası əsasında işləyən kompüterlər – adi istifadəçi sistemləri, personal kompüter və noutbuklar, eləcə də "Intel Atom” prosessorlu planşet kompüterlər üçün nəzərdə tutulacaq.

"Windows 8 Pro” baza funksiyaları ilə yanaşı virtuallaşdırma, şifrləmə, personal kompüterin genişlənmiş idarəetmə funksiyası və ev istifadəçisinin keçinə bildiyi başqa funksiyaları təklif edir. Şirkət "Software Assurance” proqramında iştirak edən korporativ müştərilərə özündə Pro-versiyalar funksiyasını və infrastrukturun təşkili üçün lazım olan digər əlavə funksiyaları birləşdirən "Windows 8 Enterprise” versiyasının təklif olunacağını da bildirir.

"Microsoft” yeni əməliyyat sisteminin hansı qiymətə satılacağı barədə hələ ki açıqlama vermir. ARM-qurğular üçün nəzərdə tutulan "Windows RT”-ın adı ayrıca çəkilir. Şirkət nümayəndələri onun haqqında danışanda "Windows 8” ifadəsini dilə gətirməkdən yayınırlar. Əməliyyat sisteminin bu redaksiyası optimallaşdırılmış "Microsoft Word”, "Excel”, "OneNote” və "PowerPoint” versiyaları ilə əvvəlcədən quraşdırılmış şəkildə (qurğuya zavodda quraşdırılacaq) tədarük ediləcək və ilk növbədə planşetlər üçün nəzərdə tutulsa da, ARM çipləri ilə işləyəcək personal kompüter və noutbuklarda quraşdırıla bilər.

Teq: windows

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Texnologiya Baxış Sayı: 878 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı