Əməliyyat sisteminə qulluq.

Tarix: 29.04.2024, 13:42 Пожаловаться


Kompüterlərimizin rahat işləməsi bizim hər birimizin istəyidir. Bəs biz bunun üçün nə etməliyik? Sizlərə söz verdiyimiz məqalələrdən birini də hazırlayaraq hüzurunuza təqdim edirik. Danışacağımız mövzu Əməliyyat sistemində yaranan xətaların düzəlişi və Defraqmentasiya haqqinda olacaq.
Bildiyimiz kimi kompüterdə işlədiyimiz zaman bəzən bizim bəzən də əməliyyat sisteminin xətaları ucbatından işimiz yubanır və çətinliyə düşürük. Belə çıxılmaz vəziyyətə düşməməkdən ötəri, əməliyyat sisteminə vaxtı-vaxtında qulluq etmək lazımdır. Sistemə qulluq üçün iki əməliyyatı sizin diqqətinizə çatdırıram, bunların hər ikisini sistem diskindən yerinə yetirmək lazımdır. C: diskinin menyu pəncərəsindən Xüsusiyyətlər (Свойства) bölməsinə daxil olaraq servis pəncərəsini açırıq, oradan Sistemin səhvlərinin tutulması yoxlama (Выполнить проверку) düyməsini vururuq və açılan pəncərədən hər iki hissəni icra etmək üçün təstiqləyirsən. Bunun üçün aşağıdaki şəkilə bax:
Sonda kompüterin söndürülüb yandırılma əməliyyatını yerinə yetirmək lazımdır. Kompüter bu vaxt beş bölmədən ibarət bir yoxlama əməliyyatı yerinə yetirəcək. Yoxlama qurtardıqdan sonra Əməliyyat Sistemi yenidən yüklənəcək. Yoxlamanı sona kimi gözləmək lazımdır! Bu əməliyyatı 15 gündən bir yerinə yetirmək məsləhət görülür.
İkinci əməliyyat Defraqmentasiya adlanır. Bu əməliyyatı da eynən həmən gəncərədən daxil olub defraqmentasiya et (Выполнить дефрагментацию) düyməsini vururuq. Açılan pəncərədən analiz və defraqmentasiya vasitəsi ilə diskdəki boşluqların aradan götürülməsinə nail oluruq. Bu əməliyyatdan qabaq yaxşı olar ki sistemdəki Temp faylları siləsiniz.





Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Texnologiya Baxış Sayı: 1067 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı