LG kağız kimi qatlanan ekranların istifadəsinə başlayıb

Tarix: 29.04.2024, 11:58 Пожаловаться

LG Display şirkəti ötən həftə, martın 29-da bəyan edib ki, dünyanın ilk elektron kağız displeylərinin (Electronic Paper Display – EPD) istehsalına başlayıb.

Bu displeylər E-book cihazlarda istifadə edilmək üçün nəzərdə tutulur.  Yeni displeylərin ən böyük özəlliyi müəyyən qədər qatlana bilməsi, davamlılığı və nazikliyidir.
 
6`` düym diaqonal ölçüsü olan XGA displeylərin dəqiqliyi 1024 x 768-dir.  Elektron mürəkkəb texnologiyası və plastikdən istifadə edilməklə hazırlanır.

LG yeni EPD-lərdə oxumağın kağız qəzet oxumağa bənzər hiss yaratdığını iddia edir.  Displeyin qalınlığı 0.7 mm-dir, çəkisi 14 qramdır. 

Ən nazik şüşə displeylərdən 33 % daha nazik və 50 % daha yüngüldür. 

Başqa sözlə, EPD displeyin qalınlığı mobil telefonların ekranı üçün olan qoruyucu plyonkalarla eynidir.
 
LG-nin 19 düymlük elektron kağız displeyləri
​​LG bildirir ki, E-book reader istifadəçiləri uzun müddət cihazlarının ekranlarının daha davamlı olmasını arzu edirdilər. Çünki, cihazların hər il 10 %-ə yaxını yerə düşəndə və ya bərk cismə dəyəndə sıradan çıxırdı.
 
Ancaq yeni EPD displeylər 1.5 metrdən yerə düşəndə belə sınmır və ya zərər görmür.  Displeyləri hətta kiçik plastik çəkiclərin zərbələrinə və cızılmağa qarşı da sınaqdan keçiriblər və daha davamlıdır.

Forbaku.net


Teq: LG

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı1 Bölmə: Texnologiya Baxış Sayı: 886 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı