İnternet provayder nədir ?

Tarix: 20.04.2024, 03:41 Пожаловаться


Məlum məsələdir ki, son dövrlər yeni texnologiyaların yaranması həyatımızı dəyişib. Bu, hər gün durmadan artmaqdadır. İnternet texnologiyasının həyatımızda oynadığı rol çox böyükdür. Əhalinin önəmli bir hissəsi internetin daimi istifadəçisidir. Amma demək olar ki, onun haqqında müfəssəl informasiyaya malik olan insanlar azdır. Bunun bir çox səbəbi var.

İnternet elə bir məkandır ki, daima genişlənir və inkişaf edir. Daima yenilənir. Heç kəs bu informasiya bolluğunda yüksək sürətlə inkişaf edən bir virtual aləm haqqında bütün informasiyalara malik ola bilməz.


Provayder nədir?
Yeni texnologiya özü ilə çoxlu sayda yeni ingilis sözləri gətirir. Belə sözlərdən biri də "provayder” (Təchiz edən anlamını verir) anlayışıdır. Provayder - hər bir ölkənin vətəndaşlarını ümumilikdə hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərən təşkilatdır.

İnternet provayderləri müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər. Ona görə də onlar müxtəlif qruplara bölünürlər: birinci qrupa məxsusi kanalı olan provayderlər, ikinci qrupa birinci qrupdan icarəyə kanal alanlar, üçünçü isə ikinci qrupdan icarəyə kanal götürənlər daxildir.

İnternet Provayderlər əsasən ayrılmış xətlə birləşmə, kommutasiya yolu ilə birləşmə, e-poçt və yeniliklər, internetdə web-səhifənin yerləşdirilməsi, domen adları qeydiyyatı kimi xidmətlər təqdim edir. Onların əlavə xidmətləri sırasına isə İnternet-Telefon, informasiya təhlükəsizliyi, zəmanətli keyfiyyət servisi, virtual xüsusi şəbəkələr, müxtəlif maliyyə və informasiya sisteminə girişin təmini, provayderin və xidmətin dinamik seçilmə imkanı daxildir. 


Azərbaycanda provayderlər
Azərbaycanda onlarla provayder var. Ancaq ölkədə olan provayderlərə internet verən "Delta Telekom” şirkətidir. Ümumi Ölkəyə internet bu şirkət vasitəsi ilə gəlir. Və provayderlər interneti "Delta Telekom” şirkətindən alırlar və əhaliyə satırlar.


Oxygen, İntrans, Bakinternet, Elcell, Azintex, Azeurotel, Azeronline, Stream, Baktelekom, Ultel, AzinternetServis, Connnect, Superonline və s internet provayderlər fəaliyyət göstərir


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Texnologiya Baxış Sayı: 2694 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı