Google reallığı göstərən möhtəşəm eynəyini təqdim edib - VİDEO

Tarix: 29.04.2024, 16:44 Пожаловаться


Nəhəng Google şirkəti, daha doğrusu, onun gizli laboratoriyaları ancaq filmlərdə gördüyümüz gələcəyi göstərən əsl eynəklərin yaradılması üzərində iş aparır. Bu eynəklər reallığı müxtəlif ipucları ilə doldurur və ümumiyyətlə əsl XXI əsri göstərir. Artıq Amerika küçələrində yeni texnologiyanın ilk sınaqları baş tutub.

Əsas xəbər ProjectGlass layihəsi ilə bağlıdır: bu eynəkləri taxarkən Robokopa çevrilmirsiniz. Tam tərsinə- eynəyin çərçivələri olduqca səliqəli şəkildə minimum komponentlərlə işlənib və yeganə kiçik şüşəsi ilə müasir meqapolislərin küçələri ilə tam ahəng təşkil edir.

Google xüsusi hazırlanmış videorolikdə ProjectGlass eynəklərinin necə istifadə olunmasını nümayiş etdirib:
Səhər oyanırsınız, kofe dəmləyirsiniz, eyni vaxtda sizin bu unikal eynəyiniz sizə havanın temperaturunu göstərir. Sonra evdən çıxırsınız, metroya yaxınlaşırsınız, eynək metronun bağlı olduğunu və başqa nəqliyyat vasitəsindən istifadə etməyiniz üçün sizi xəbərdar edə bilir. Daha sonra siz ProjectGlass eynəyinin köməyi ilə səs sorğusu edərək yaxınlıqda olan dostlarınızı tapa bilərsiniz. Videozənglər, məlumat göndərmək, şəkillər hazırlamaq və onları dərhal sosial şəbəkələrdə yerləşdirmək və hətta musiqi mağazalarında sevimli müğənnilərinizin disklərini tapmaq üçün sizə yol göstərir.





Teq: Google

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Texnologiya Baxış Sayı: 860 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı