«Real» emblemindəki xaçdan imtina etdi

Tarix: 19.05.2024, 18:35 Пожаловаться


Madrid «Real»ının rəhbərliyi futbol klubunun emblemindəki xaçdan imtina edib. Bu yolla məqsədin komandanın Avropa müsəlmanları arasındakı, eləcə də Yaxın Şərqdəki populyarlığını daha da artırmaq olduğu bildirilir.

«Real»ın hazırkı emblemini komandaya 1920-ci ildə İspaniya kralı XIII Alfons özü şəxsən təqdim edib. Dəyişiklik isə oradakı tacın üzərindəki xaçın götürülməsini nəzərdə tutur.

Qeyd edək ki, emblem ətrafında söz-söhbətlər ötən ayın axırlarında gündəmə gəlmişdi və Birləşmiş Ərəb Əmirliklərində «Real Madrid Island Resort» turizm mərkəzinin tikintisi ilə bağlı idi. «Kral klubu»nun xaçı götürmək öhdəliyi komandanın və əmirliyin rəhbərlikləri arasında bu barədə imzalanmış razılaşmada da əksini tapmışdı.

Qeyd edək ki, «Real»ın İspaniya çempionatındakı əzəli rəqibi «Barselona» da xaçdan imtina edib. Amma bu imtina yalnız klubun müsəlman ölkələrində satılan rəmzlərində əksini tapıb.


                                                     Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 726 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı