Olimpiada-2012: Azərbaycan rekordlarını yeniləyir

Tarix: 19.04.2024, 03:31 Пожаловаться
Azərbaycan Olimpiadada növbəti rekordunu vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız XXX London Yay Olimpiya Oyunlarında medal sayında imza atdığı ilkin ardından medal əyarında da tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirib.

Belə ki, ölkəmizin rekordu 12 il əvvələ - Sidney Olimpiadasına məxsus idi. Həmin vaxt idmançılarımız 2 qızıl və 1 bürünc medala sahib olmaqla, Olimpiada tariximizdə yeni səhifə açmışdılar.

Lakin bu uğur 12 il dəyişməz qalsa da, Londonda yenisi ilə əvəz olundu. Olimpiyaçılarımız artıq 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmaqla, 2 yeni rekordu birdən müəyyənləşdiriblər.

Həm medalların sayında, həm də medalların əyarında yığmamız ilkə imza atmaqla, Azərbaycan idmanının yüksəlişə doğru getdiyini bir daha təsdiqləyiblər.

Komandamızın heyətində bu dəfə Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, 91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Sidneydə Namiq Abdullayevlə Zemfira Meftahətdinova qızıl, Vüqar Ələkbərov bürünc medala layiq görülmüşdülər.
LENT.AZ

Teq: London

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 793 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı