Messidən yeni rekord

Tarix: 19.05.2024, 16:20 Пожаловаться


Argentinalı Leonel Messi futbol üzrə Çempionlar Liqasının ¼  finalının cavab qarşılaşması çərçivəsində komandası «Barselona»nın «Milan» qarşı matçında iki dəfə penaltidən fərqlənməklə turnirin yeni rekordunu müəyyənləşdirib. Belə ki, o, ÇL tarixində bir mövsümdə ən çox top vuran futbolçu olub. Hazırda forvardın hesabında 14 qol var.

Qeyd edək ki, argentinalı əvvəllər 12 qolla sıralamada hollandiyalı Ruud Vaan Nisterloyla eyni pilləni bölüşürdü. Messi rekordu 2010-2011-ci illər mövsümündə təkrarlamışdı. Hollandiyalı isə eyni uğura 2002-2003-cü illərdə «Mançester Yunayted»in tərkibində çıxış edərkən imza atmışdı.

Qeyd edək ki, CL-in ¼  finalının cavab qarşılaşmaları çərçivəsində iki oyun keçirilib. «Barselona» doğma meydanda «Milanı»ı 3:1 hesabı ilə məğlub edərək turnirin yarım final mərhələsinə çıxıb. Digər qarşılaşmada Almaniya «Bayern»i qonaq komanda olan «Olimpik Marsel»i 2 cavabsız topla məğlubiyyətə uğradaraq adını yarım finalçılar cərgəsinə yazdırmağı bacarıb.


Forbaku.net


Teq: messi

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 1060 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı