Çempionlar Liqasında (ÇL) ¼ final mərhələsinin ilk oyunları

Tarix: 19.05.2024, 19:21 Пожаловаться


Martın 27-də futbol üzrə Çempionlar Liqasında (ÇL) ¼ final mərhələsinin ilk oyunlarına start veriləcək.

Lent.az-ın məlumatına görə, turnirin əsas sensasiyası sayılan Kipr APOEL-i İspaniyadan olan qorxunc rəqibi "Real Madrid”i qəbul edəcək. Günün digər qarşılaşmasında Portuqaliya "Benfika”sı İngiltərənin "Çelsi” klubunu sınağa çəkəcək.

23:45. APOEL (Kipr) – "Real Madrid” (İspaniya)
Baş hakim: Feliks Brıx (Almaniya)

"Biz inanılmazı reallaşdırmışıq. Bu, bir daha təkrarlanmaya bilər”. APOEL-in prezidenti Fivos Erotokritu komandasının bütün Avropanı təəccübləndirdiyi mövsüm barədə danışarkən belə deyib. Bu gün "GSP” stadionunda Nikosiya komandası tarixində ən vacib oyun keçiriləcək. Amma "Real Madrid”i də yüngül gəzinti gözləmir. Çünki APOEL cari ÇL mövsümündə 7 ev oyunundan 5-ini qələbə ilə başa vurub. "Kral klubu”nun da ideal statistik göstəriciləri var. Baş məşqçi Joze Mourinyonun komandası 8 oyuna 7 qələbə qazanıb. "Real Madrid” yalnız 1/8 final mərhələsində Rusiya MOİK-i ilə Moskvadakı ilk görüşdə büdrəyib – 1:1. Mourinyonun özü isə ÇL-də 4 dəfə ¼ final oyununa komanda çıxarıb və hamısında uğur əldə edib. "Real Madrid”in digər üstünlüyü Kriştianu Ronaldudur. Portuqaliyalı hücumçu turnirdəki son 4 matçında 5 qol vurub.

23:45. "Benfika” (Portuqaliya) – "Çelsi” (İngiltərə)
Baş hakim: Paolo Talyavento (İtaliya)

"Benfika” son 22 ildə ilk dəfə yarımfinala çıxa bilər. Baş məşqçi Jorj Jezuşun komandası Avropa kuboklarında axırıncı 10 ev oyununda uduzmayıb və bu seriya 2010-cu ilin dekabrından davam edir. Lissabon komandası da "Real Madrid” kimi 1/8 finalda Rusiya təmsilçisini üstələyib. "Zenit”lə səfər qarşılaşmasında 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, "Benfika” "Eştadiu da Luj”da 2 cavabsız qolla mərhələ adlayıb. "Çelsi”yə gəldikdə, İngiltərə Premyer Liqasındakı uğursuzluqlarına rəğmən, ölkəsinin ÇL-dəki yeganə təmsilçisi kimi qalır. "Zadəganlar” 1/8 final mərhələsinin ilk matçında "Napoli”yə 1:3 hesablı məğlubiyyətdən sonra turnirlə vidalaşmağa çox yaxın idilər. Lakin sonradan portuqaliyalı baş məşqçi Andre Villaş-Boaş istefaya göndərildi. Onu əvəzləyən Roberto Di Matteonun rəhbərliyi altında isə "Çelsi” cavab görüşünün əlavə vaxtında növbəti mərhələyə vəsiqə gətirən qələbəyə nail oldu – 4:1.

Qeyd edək ki, hər iki oyunun başlama saatı Bakı vaxtı ilə göstərilib.

Forbaku.net

Teq: futbol

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 872 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı