Boksçular rinqə yubkada çıxacaqlar

Tarix: 19.05.2024, 16:20 Пожаловаться


Qadınlar Londonda Olimpiya turnirində rinqə idman yubkalarında çıxa biləcəklər.

 Azertac-ın verdiyi məlumata görə, belə bir qərarı Beynəlxalq Həvəskar Boks Assosiasiyası qəbul edib.

Olimpiya proqramının yeni iştirakçılarının (qadın boksu ilk dəfə məhz London Olimpiadasında təmsil olunacaq) yubkalarının uzunluğuna və biçiminə heç bir məhdudiyyət qoyulmayacaq. Ürəyi istəyənlər adi şort və digər idman forması da geyinə bilərlər.

AİBA-nın prezidenti Çinq-Kuo Vu qərarı şərh edərək deyib ki, onlar heç vaxt qadınlardan rinqə yubkada çıxmağı xahiş etməyib: "Biz formalara dair milli federasiyalardan və boksçulardan müxtəlif tövsiyələr almışıq. Komissiyamız qaydalara müvafiq olaraq müzakirələr aparıb. Bəzi qadınlar ənənəvi idman geyimində, bəziləri isə yubkada çıxış etmək istəyir. Biz isə seçim etmək hüququnu qadınlara vermək qərarına gəlmişik”.



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 976 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı