Bekhem Ronaldo və Messini geridə qoydu

Tarix: 07.05.2024, 17:03 Пожаловаться



"Forbes” jurnalı ötən ilin yekunlarına əsasən dünyanın ən yüksək ödənişli futbolçularının yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıda birinci pilləni ABŞ-ın "Los Angeles Qalaksi” klubunun yarımmüdafiəçisi Devid Bekhem tutur.

İngiltərəli oyunçu hesabat dövründə 47 milyon dollar qazanıb. Bekhem bunun 37 milyon dollarını reklam və sponsor gəlirlərindən əldə edib.

İspaniya "Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo isə 42 milyon dollar gəlirlə ikinci olub. Qazancın təqribən yarısı sponsor müqavilələrindəndir. İlk "3”lüyü isə "Barselona”nın ulduzu və "Qızıl top” sahibi Lionel Messi tamamlayır. Argentinalı hücumçu ötən il 39 milyon dollar qazanıb ki, bunun da 19 milyon dolları sponsorlardandır. İngiltərə "Mançester Yunayted”inin forvardı Ueyn Runi (24 milyon dollar) 4-cü, "Real”ın yarımmüdafiəçisi Kaka (21 milyon dollar) 5-cidir.

Qeyd edək ki, bir müddət öncə "France Football” nəşri Lionel Messini dünyanın ən bahalı futbolçusu adlandırıb. Kriştiano Ronaldo isə 3-cü olub.


ForBaku.Net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İdman Baxış Sayı: 1000 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı